Oksfordun tədqiqatçılarından robotlarla bağlı proqnoz: 10 ildən sonra…

Oksfordun tədqiqatçılarından robotlarla bağlı proqnoz: 10 ildən sonra…

İngiltərənin Oksford və Yaponiyanın Ochanomizu universitetlərinin tədqiqatçılarının araşdırmasına görə, 10 ildən sonra ev işlərinin 39 faizini robotlar görəcək.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, tədqiqatçılar 65 süni intellekt mütəxəssisindən ev işlərində avtomatlaşdırmanın gücünün 10 ildən sonra necə olacağına dair fikirlərini soruşublar. Tədqiqatda Böyük Britaniyadan 29, Yaponiyadan 36 mütəxəssis iştirak edib.

 

“PLOS One” jurnalında dərc edilən araşdırma nəticələrinə görə, mütəxəssislər avtomatlaşdırmadan ən çox təsirlənəcək işin ərzaq alış-verişi olacağını proqnozlaşdırıblar. Gənc və yaşlı insanların qayğısına qalmaq isə süni intellekt texnologiyalarından ən az təsirlənəcək işdir.

 

Yaşlılara və uşaqlara qulluq işlərinin yalnız 28 faizinin avtomatlaşacağı güman edilir. Digər tərəfdən, ekspertlər texnologiyanın ərzaq alış-verişinə sərf olunan vaxtı 60 faiz azaldacağı qənaətindədirlər.

 

Prof. Hertoq deyib ki, ev işləri səbəbilə qadınların üzərinə düşən qeyri-mütənasib yük onların qazanclarına və alacaqları pensiya miqdarına belə mənfi təsir göstərir. Tədqiqatçıların fikrincə, ev işlərində avtomatlaşdırmanın artırılması bu sahədə gender bərabərliyinə gətirib çıxara bilər.

 

Lalə
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR