Atası və Maykl Cekson tərəfindən istismara məruz qaldığı, iddia edildi -  Dünyanı şöhrəti ilə fəth edən balaca “Kevin”

Atası və Maykl Cekson tərəfindən istismara məruz qaldığı, iddia edildi -  Dünyanı şöhrəti ilə fəth edən balaca “Kevin”

“Evdə tək” filmləri ilə tanıdığımız o şirin oğlan atasının zülmünə qarşı nələrdən keçdi, necə dəyişdi?


Bu həyat hekayəsi sizə onun necə müqavimət göstərdiyini, necə bir həyat yaşadığından bəhs edəcək…


Narkotik, təqib və zorakılıq deyəndə tamam başqa forma alacaqdı sarışın, şirin Macauley Culkinin həyatı…
 

Sfera.az bütün uşaqlar və hətta böyüklərin qəlbini fəth etmiş “Evdə tək” filminin qəhrəmanı haqqında yazı təqdim edir.
 

Onun həyatı kameralar sönəndə məyusluqlar və faciələrlə dolu idi.


Macaulay Culkin (Makoley Kalkin) keçmiş səhnə aktyoru ata və rejissor bir ananın 7 uşağından biri olaraq 1980-ci ildə Nyu-Yorkda anadan olub. Macaulay Culkin
və altı bacı-qardaş Nyu Yorkdakı dar bir mənzildə böyüyüb. Yeddi uşağın hamısı bir otaqda 3 mərtəbəli çarpayını paylaşıb.
O qədər kasıb idilər ki, Macaulay insanların cibindən düşən qəpikləri axtarmaq üçün skamyaların altına girərdi. "Evdə tək” filminin rejissoru Billi Hopkins o illərdə mətbuata açıqlamasında:


“O qədər kasıb idilər ki, məşqə gedib-gəlmək üçün yol pulunu öz cibimdən ödəyirdim”-demişdi.
 

Bütün bu çətinliklərdə Culkin 4 yaşında aktyorluğa başlayıb. 1980-ci illərdə o, səhnədə, televiziya filmlərində rol alıb. 1985-ci ildə “Gecə yarısı” adlı televiziya serialında rol alıb. Birinci film 1988-ci ildə "Rocket Gibraltar" adı ilə buraxılmışdır. 1989-cu ildə Jeff Bridges, Alice Krige, Farrah Fawcett və baş rolda Drew Barrymorenin oynadığı "Bax" romantik komediya filmində çıxış edib.


Elə həmin il “Buck Uncle” filmində Con Candy ilə birlikdə çıxış edib. Lakin o, əsl şöhrətini 1990-cı ildə qazanıb. Rekord qıran "Evdə tək" filmində həyat verdiyi Kevin
Makkallister rolu milyonlarla insanın ürəyini fəth edib. Culkin bu roluna görə "Qızıl Qlobus" mükafatına namizəd olub. Məhz bu filmlə o, “Amerikanın ən yaxşı Komediya” və “Ən Yaxşı aktyor” Mükafatlarını qazanıb.


Məşhur aktyor Joe Pesci onun haqqında həmin vaxt “Guardanian” jurnalına:


“Həqiqətən çox şirindir. Çox peşəkardır və hətta uşaq olmasına baxmayaraq bu yaşda çox rahat rol ifa edir. Onun üçün gələcək parlaq görünür”-deyə bildirib.
 

Culkin 1991-ci ildə “Uşaq” adlı cizgi televiziya proqramında rol alıb. Elə həmin il “Saturday Night Live” proqramının aparıcısı oldu.
O, həmin il Ceksonun "Black or White" adlı klipində rol aldı. Həyatının ən böyük hadisəsi və dedi-qoduları da məhz Michael Jacksonun adı ilə bağlıdır. Bunun təfərrüatlarını aşağıda təqdim edəcəyik.

Həmin il "Mənim qızım" adlı filmi ilə “Mtv movie awards”da “Ən yaxşı öpüş mükafatını qazandı. “Evdə tək” filminin ikinci seriyası 1992-ci ildə gəldi. Bu filmə görə ona düz 4,5 milyon dollar ödənilib. Artıq bütün dünya onu tanıyırdı. Tarixin ən məşhur uşaqlarından biri idi. 1993-cü ildə "Yaxşı oğul" filmindəki Henri obrazına öz ifası ilə həyat verdi.


“MTV Film Mükafat”ına namizəd olub. 1994-cü ildə “Getting Even with Dad”, “The Pagemaster” ve “Richie Rich” filmlərinə çəkilib.


1994-cü ildə "Richie Rich" filmindən sonra qəfil qərarla aktyorluğu tərk etdiyini açıqlayıb. Normal həyat istədiyini səbəb göstərərək özəl liseylərdən birinə adını yazdırıb.


Amma şərait hər kəsin təsvir etdiyindən çox fərqli idi. Kamera işıqları söndürüləndə Balaca ulduz başqa yerdə tamam başqa həyat yaşayırdı. Macaulay şöhrət qazananda bir çox uşaq aktyorları kimi onun da meneceri atası idi. Amma atasının məqsədi onu daha yaxşı yerlərə gətirmək deyil, ondan istifadə etmək idi. Oğlunun məşhurluğu ata Kit üçün böyük bir fürsət idi, oğlunun nələr yaşadığı onun vecinə belə deyildi. Əvvəlcə oğluna ev aldırdı, sonra aramsız bir çox şey. Macaulay özü isə hələ də çətinliklər içində yaşayır, divanda yatırdı.


Gələcəkdə CNN-ə verdiyi müsahibədə Macaulay atası haqqında:


“O çox pis adam idi. fiziki və psixoloji təzyiqlər edirdi. Bütün yaralarımı istəsəniz, sizə göstərə bilərəm”- deyəcəkdi.
 

Kit həqiqətən hər şeyi kontrol etmək istəyən adam idi.


Qardaş-bacıları ataları Macaulayin uğurlarına qısqanclıqla yanaşdığını, buna görə də qəzəbini həm zehni, həm də fiziki olaraq oğlundan çıxardığını görür və dərk edirdilər. Macaulay milyonlarla qonarar almasına baxmayaraq, Kit yenə də onu divanda yatmağa məcbur qoyurdu.


Qazancdan istifadə edə bilməyən təkcə Macaulay deyildi. Həyat yoldaşı Patricia əri haqqında "The Telegraph"a danışanda:

 

“Tez-tez sərxoş olurdu. Mən hamilə olanda dəfələrlə qarnıma yumruq atıb. Başımı və bədənimi təpikləyib. Bir dəfə məni balkona sürüyüb aşağı atmaqla təhdid etdi. Gözlərimdə və bədənimdə çoxlu qançırlar var idi”-deyə bildirib.



Atası Kit Macaulayin məşhurluğu sayəsində sektorda “güc qazanmışdı.


O, gücünü digər övladlarının üzərində də tətbiq edirdi.

 

Onlar bunu istəməsələr də, digər uşaqları da aktyorluğa cəlb edirdi. Rejissor “Yaxşı oğul” filmində Macaulayın bacısı Quinni çəkmək istəməməsinə baxmayaraq Kit kastinq agentliyinə onu işə götürməyə təzyiq göstərib. Mümkün qədər çox sərvət edinməyi hədəfləyən ata bir manipulyator kimi bunu da yaxşı bacarırdı. Uşaqlardan istifadə etməsi gün kimi ortada idi.
 

1997-ci ildə Patricia əri Kittendən ayrılmağa qərar verdi. Macaulay üçün ata və sevgi anlayışına aid heç nə yox idi. Ancaq televizorda gördüyü qədərini bilirdi.
Boşandıqdan sonra uşaqların qəyyumluğu Patriciaya verilib və o gündən etibarən Macaulay atasını çox nadir hallarda görüb. Amma problemlər və uğursuzluqlar təbii ki, bitmək bilmədi. Anası və atası ayrılana qədər Macaulay nə qədər pulu olduğunu, nə qədər qonorar qazandığını belə bilmirdi. Atası bütün qəzetləri ondan gizlədirdi.
 

Valideynlər boşandıqdan sonra 50 milyon dollar qazandığını öyrənən Macaulay pulun böyük hissəsini alaraq anası və bacı-qardaşları ilə paylaşdı. Bu müddət də o qədər asan olmamışdı. Heç vaxt nigahda olmayan valideynləri, Macaulayın pulunun davasını edib. Uşağın qazandığı pullar 18 yaşı olana qədər atasının nəzarətinə verilmişdi…
 

94-cü ildə aktyorluğu tərk etdikdən sonra həyatı da dəyişdi. Onun keçmiş populyarlığı yaşı böyüdükcə aşağı düşmüşdü, lakin o, hələ də həyatından çox razı idi.
Liseyə getdiyi ilk günlərində aktrisa Reyçel Minerlə tanış olub. Minerlə görüşməyə başlayan Macaulay aktrisa tərəfindən 3 dəfə tərk edilməsinə baxmayaraq,
1997-ci ildə 17 yaşında ikən Rayçellə ailə həyatı qurub və bu evlilik 2 il davam edib. Macaulay evliliyi bitdikdən sonra Mila Kulislə görüşməyə başlayıb. 1998-ci ildə onların qaldıqları mənzildə böyük yanğın baş vermiş və 4 nəfər həyatını itirmişdi.


Macaulay ailəsində ölən və yaralanan olmasa da, ulduz üçün müsibətlər bitmədi. 2000-ci illər onun üçün çox uğursuz illər olub. İlk dəfə o, həddindən artıq narkotik dozasının təsiri ilə ölən ögey bacısı Cenniferi (anasının ilk evliliyindən), daha sonra 2008-də digər bacısı Dakotanı avtomobil qəzasında itirib. O, bu faciələrdən sonra çox sarsıntı və psixoloji çöküş yaşasa da, çətinliklə də olsa,yenidən aktyorluğa qayıdıb. 2010-cu ilə qədər "Parti Monster Kings" və "The Park" kimi layihələrdə rol alıb, lakin tənqidçilər tərəfindən uğursuz hesab edilib. Müntəzəm olaraq şanssızlığın arasında yaxşı gedən yeganə şey onların Mila Kunis ilə 2002-ci ildə başlayan sevgi macərası idi. Bu sevgi 2011-ci ildə bitəcək və o, Mila Kunis haqqında “həyatımda gördüyüm ən heyrətamiz qadın” olduğunu söyləyəcəkdi.


2005-ci ildə keçmişlə bağlı bir iddia ilə gündəmə gəldi.


Şöhrət və pulla gələn mətbuatın marağı, təbii ki, balaca aktyoru zaman-zaman çətin vəziyyətə salıb.


Maykl Ceksonla dostluğunun arxasında bəzi narahatedici halların olduğu iddia edilirdi. İllər sonra o, yetkin biri kimi bu məsələləri özü izah etməli olmuşdu.
 

O, öz həyat hekayəsini yazdığı “Junior” adlı bir roman da yazdı.
 

Ailəsində yaşadığı problemlərdən tutmuş, uşaq ulduz olmaq psixologiyasına qədər həyatının hər sahəsinə toxunan bu kitabı bir təcrübə olaraq gördü. Daha sonra yazmağa davam etmədi.
 

Lakin Maykl Ceksonla bağlı keçmiş məsələlər Ceksonun ölümü ilə yenidən gündəmə gəlmişdi.
 

İddialara görə: Cekson Culkin ailəsinə müəyyən məbləğdə pul ödəyərək onunla vaxt keçirmək üçün uşağı bir növ “işə götürmüşdü”. Bu cür iddialar, təbii ki, pedofiliya ittihamlarını da özü ilə bərabər gətirirdi. Culkin isə Ceksonla yatacaq qədər yaxın olduqlarını, hər zaman birlikdə oynadıqlarını bildirir, lakin Ceksonun onunla heç vaxt cinsi əlaqədə olmadığını açıqlayıb. Bundan əlavə, Macaulay Ceksonun övladlarının Xaç atası olub.


O, Maykl Ceksonun dəfn mərasimində də iştirak edib və köhnə dostu qarşısında son vəzifəsini yerinə yetirib.


Culkin ailəsinin pul alması doğru olsa da, Ceksonla onun arasında maddi əlaqədən başqa bir bağ var idi.


Bu cür məsələlərin tez-tez gündəmə gəlməsinin başqa bir səbəbi Culkinin açıq-aşkar alkoqol və narkotik problemləri idi.
 

Məşhur uşaq ulduz keçmiş uğurlarına heç cür çata bilmədi. O, mətbuatda depressiv obraz da canlandırırdı. Asılılıq problemi olduqca açıq idi.
Mila Kunislə yollarını ayırdıqdan sonra özünü yenidən kinoya verdi.


2004-cü ildə o, narkotiklə yaxalanıb və məhkum edilib.
 

Cəzasını ödədikdən sonra könüllü reabilitasiya mərkəzinə gedib və aludəçiliyi ilə mübarizə aparmağa başlayıb.
O, Hollivud xəttindən uzaqlaşdı və daha “indie” üslubunda olan “Party Animal” filmində rol aldı.

Film narkomaniya və homoseksuallığa əsaslanan bir film idi. Bir vaxtlar “qızıl oğlan” olan Culkin bu filmdə əla performans göstərsə də, təəssüf ki, mətbuatın gözündə real həyatında qarşılaşdığı “narkoman” imicini gücləndirdi. Bu da onun travmalarına yenisini əlavə etdi.

 

Mətbuat yenə rahat durmadı və bu dəfə Culkinin Maykl Ceksonun kiçik uşağının bioloji atası olduğu iddia edildi.
 

Culkin bu iddiaları qəti şəkildə rədd etdi və heç bir övladı olmadığını bildirdi.


Son illərə qədər filmlərdə rol almayan Culkin gecə klublarında DJ-lik edir. Culkin 2004-cü ildə avtomobilində külli miqdarda marixuana və sakitləşdirici dərmanla yaxalanarkən depressiya və panik pozğunluğu üçün bu dərmanlardan istifadə etdiyini açıqlayıb. Televiziya və ya kino aktyorluğuna qayıtmaq fikrində olmadığını deyən aktyor “Külək məni hara aparırsa, oraya gedirəm” deyərək, yeni həyat fəlsəfəsində günlərini rəsm çəkmək, yazmaq və ya “nə olsa etməklə” keçirdiyini bildirib.


“Evdə tək” filmi ilə “Video Hits One TV-nin "Ən Uğurlu 100 Uşaq Aktyor" siyahısına daxil edilən, gənc yaşlarında zəhmət çəkib uşaqlığımıza rəng qatdığı üçün kədərli hekayəsi ilə Macaulay Culkinə təşəkkür və xoşbəxtlik arzu edirik.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR