Azərbaycanlı ekstrasensdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

Azərbaycanlı ekstrasensdən Rusiya-Ukrayna müharibəsi ilə bağlı PROQNOZ

“Rusiya Qərblə müharibədə qalib gələcək”.

 

Sfera.az bildirir ki, bunu Rusiyada yaşayan məşhur azərbaycanlı ekstrasens, ezoterik Zirəddin Rzayev “Pravda.ru”ya açıqlamasında deyib. O, qeyd edib ki, Rusiyanın təbii sərvətlərini əlindən almaq istəyi Qərbi ona qarşı çox sərt və hiyləgərcəsinə hücuma sövq edib:

 

“Hazırda bu, Ukraynada proksi-savaş şəklində baş verir. Lakin Rusiya Ukraynada qalib gələcək. 2023-cü ildə artıq nəticələri görə biləcəyik. Müharibə hətta bitməsə belə, müəyyən nəticələr olacaq. Bəzi anlaşmalar, razılaşmalar ola bilər”.

 

Ukraynanın taleyi ilə bağlı sualı cavablandıran görücü ölkənin parçalanacağını deyib: “Çünki hakimiyyətdə olan filosof və ya siyasətçi deyil, aktyordur”.

 

Zirəddin Rzayev deyib ki, qalib gəlmək üçün ruslar birləşməli və Rusiya Federasiyasının prezidentini dəstəkləməlidirlər: "Rusiya bütün dünya ilə müharibə aparır. Bu gün Putin prezidentdir, 5-10 ildən sonra başqası olacaq. Biz Rusiyanın tərəfində olmalı və Vladimir Putini dəstəkləməliyik". 

 

O, həmçinin bildirib ki, Putin hazırda taktika baxımından heç nəyə qərar verməsə də, hansı addımları atacağını bilir.

 

Zirəddin Rzayev eyni zamanda, Türkiyədə baş verən zəlzələdən də söz açıb: “Zəlzələ təbii hadisədir, bu, ABŞ-ın hərbi hücumu deyil, yəni vakuum silahı və ya buna bənzər bir şey yoxdur”.

 

Onun fikrincə, bəşəriyyəti irimiqyaslı daşqın, sunami də  gözləyir. “Su fəlakətləri 2020, 2021-ci ildən başlayaraq 2026-2027-ci illərdə bütün yer kürəsini təhdid edir. Mən bunu iki il əvvəl proqnozlaşdırmışdım, indi də deyirəm ki, hələlik hər şey qabaqdadır. Çox dəhşətli sel və sunami olacaq", - Zirəddin Rzayev söyləyib.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Ermənistanda deputatın oğlu saxlanıldı

Ermənistanda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılan Daşnaksütyun partiyasının üzvləri İrəvan İstintaq İdarəsinə aparılıb....

Vətən müharibəsinin iştirakçısı arvadını öldürüb? - VİDEO

"Həyat yoldaşı 20 yaşlı qadını pəncərədən ataraq qətlə yetirib".   Sfera.az "Xəzər Xəbər"ə istinadla xəbər verir ki, bu iddiaları...

Yalnız bundan sonra Putinlə görüşə bilərəm - Zelenski

Moskva və Kiyev İstanbul razılaşmalarına uyğun olaraq hərbi əsirlərin və hərbçilərin cəsədlərinin mübadiləsindən sonra Rusiya və Ukrayna prezidentləri - Vladimi...

Rusiyadan Azərbaycana daha bir QADAĞA

İyulun 5-də Azərbaycandan Krasnodar şəhərindəki müvəqqəti saxlanc anbarına daxil olan, ümumi həcmi 18 ton olan təzə şaftalı və nektarin 2 partiyasında karantin ...

ABŞ rəsmisindən Əbu-Dabi görüşünə REAKSİYA

ABŞ Azərbaycan və Ermənistanın sülh istəklərini dəstəkləyir.   Sfera.az  xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Tem...

Atamın və qardaşlarımın başlarını kəsiblər... - Məhkəmədə ifadə verdilər

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...