Reinkarnasiyaya inanan, ətirləri ilə ölümsüzləşən dizayner – Fotolar

Reinkarnasiyaya inanan, ətirləri ilə ölümsüzləşən dizayner – Fotolar

İki həftə öncə dünyaya gözlərini yummasaydı, bu gün doğum gününü qeyd edəcəkdi. Söhbət bu ilin fevralın 3-də, 88 yaşında həyatını itirən, moda dünyasının ən önəmli simalarından biri olan ispan dizayner Paco Rabannedən gedir. 


Sfera.az məşhur dizayner barədə maraqlı məlumatları təqdim edir:

 


Paco kimdir?


1934-cü ilin fevralında Bask ölkəsində Fransisko Rabaneda Kuervo anadan olur. O, respublikaçı əsgər ata ilə Cristobal Balenciaga üçün dərzilik edən ananın oğlu idi. 1937-ci ildə İspaniyada vətəndaş inqilabı zamanı atası edam edildikdən sonra anası ilə birlikdə Fransaya sürgünə gedir.


Adını niyə dəyişdi?

 


1960-cı illərdə o, adını dəyişmək və Frank Rabanne olaraq qısaltmaq qərarına gəlir. Dizayner hesab edirdi ki, mistik 13 rəqəmi (Frank Rabanne ad və soyadındakı hərflərin sayı) ona uğur gətirəcək. Bir müddət sonra o, adını dəyişərək Paco Rabanne edir. "Paco" Fransisko adının kiçildilmiş abbreviaturasıdır və yunan dilində "qarğa" deməkdir. Kuervo ailəsində bu quş ailənin qoruyucusu sayılırdı. Beləliklə, 1965-ci ildən dizayner Paco Rabanne adı ilə fəaliyyət göstərir. 

 

“Kosmos əsri”ni başladan dizayner

 

O, bir müddət “Givenchy”, “Yves Saint Laurent”, “Dior” və “Balenciaga” kimi brendlərlə çalışır, onlar üçün aksesuarlar hazırlayır. Daha sonra karyerasını fərqli istiqamətdə davam etdirmək istədiyinə qərar verərək öz brendini qurur. 


Yenilikçi duruşu ilə qısa zamanda fərqini ortaya qoyan Rabanne fərqli materiallardan istifadə etməsi ilə diqqət çəkir. Kağız və rəngli yapışan lentlər, şəffaf plastik, parlaq alüminium və metal zəncirlərdən istifadə edən dizayner “metal ustası” da adlanırdı.

 


Paco moda sənayesində "Kosmos əsri"ni başladan ikonik dizayner kimi adını tarixə yazdırıb. Öz adını daşıyan brendi ilə 1960-cı illərin dəbinə yön verən Rabbanne “Kosmos əsri” hərəkatının ən böyük nümayəndələrindən birinə çevrilib. Dizayner mükəmməl astronavt kostyumları, açıq-saçıq paltarlar, dəri şortlar və tamamilə qızıl lövhədən hazırlanmış paltarlarla dünyanı heyran qoyurdu. 

Həmin illərdə moda sənayesi canlanmağa yeni başlamışdı və Rabanne Hollivudun, eləcə də elmi fantastikanın futuristik mövqeyini Paris zərifliyi ilə birləşdirirdi. Beləliklə, o, eksentrik dizaynları ilə qısa zamanda dünya şöhrəti qazanır. 

Mətbuat onu "Yüksək dəbin Jül Verni" adlandırırdı. Koko Şanel isə 1950-ci illərin ortalarında verdiyi açıqlamada yarı zarafat, yarı ciddi onun modelyer deyil, çilingər olduğunu söylmişdi. 

 

Qeyri-adi geyimlər

 

1966-cı ildə plastikdən istifadə edərək ilk kolleksiyasını təqdim edib. "Müasir materiallardan 12 geyinilməz paltar" adlı kolleksiyası ilə reaksiyaları üzərinə çəkib. Dizaynlarında o, plastikdən metala, kağızdan plastikə və nəhayət, xəzlərdən istifadə edib.

 

 

Paco moda dünyasında birdəfəlik paltar tikən ilk və yeganə şəxs kimi də tarixə düşüb. Həmin kağız paltarlar zərflərdə satılırdı və onları sadəcə bir dəfə geyinmək mümkün idi.

Dizaynları qeyri-ənənəvi olsa da, Paco “Mən modanın ən klassik yaradıcılarından biriyəm” deyirdi.

 

Ulduzlarla əməkdaşlıq

 

Odri Höpbörnün "Two For The Road" filmindəki metal paltarı, Ceyn Fondanın "Barbarella"dakı kostyumları və Bricit Bardotun zəncirli libası 60-cı illərə damğa vurub. Həmçinin, Mia Ferrounu da Pako geyindirirdi.

 

İkonik ətirlər

 

O, futuristik və fərqli geyimləri ilə 1960-cı illərin ən məşhur moda simalarından birinə çevrilsə də, yaratdığı ətirlərlə də adından bəhs etdirir. Məşhur modelyer “Puig” şirkəti ilə birlikdə ətirlər hazırlamağa başlayır. Brendin "One Million by Paco Rabanne for Men" ətri hələ də ən məşhur kişi ətirlərindən biridir. Paco Rabanne sintetik ətirləri insan dərisinin təbii qoxusu ilə uğurla birləşdirirdi. Bu ətriyyat konsepsiyası Paco Rabanne ətirini xüsusi, təəccüblü və unikal edirdi.

 


Onun brendi ən mürəkkəb və həssas ətirlərin yaradıcısı kimi tanınır. Maraqlıdır ki, Paco üçün ətir qədər onun qablaşması da əhəmiyyət daşıyırdı. Odur ki, yaratdığı ətirlər həm də qeyri-adi dizayna malik şüşələri ilə diqqət çəkirdi. İlk qadın ətri "Calandre” idi. Bu qeyri-adi tualet suyu şüşəsi ilə şirkətin əlamətdar nümunəsinə çevrilmişdi. Bir neçə il sonra Paco Rabanne şüşəsi “uçan boşqab”ı xatırladan, həssas, uniseks "Ultraviolet" ətri ilə pərəstişkarlarını yenidən valeh etdi. “Paco Rabanne”nin ən məşhur ətirləri “Lady Million” və onun kişilər üçün olan versiyası - “One Million”dur. 

 

Qəribə açıqlamalar

 

 

Keçən əsrin sonunda Rabanne “Mir” kosmik stansiyasının Yerə çırpılacağını və Parisi viran qoyacağını proqnozlaşdırmışdı. O, həmçinin bu planetə 78 000 il əvvəl gəldiyini iddia edərək, bəzilərinin ona “Wacko Paco” ləqəbini qoymasına səbəb olmuşdu. Dizayner reinkarnasiya ilə bağlı inancları ilə də gündəmə gəlirdi. Modelyer keçmiş həyatında İsa Məsihi şəxsən tanıdığını, yadplanetlilərlə görüşdüyünü, hətta XV Lüdovikin məşuqəsi olduğunu iddia etmişdi. 

 

Lalə
Sfera.az

 

 


OXŞAR XƏBƏRLƏR

İstanbulda reyd zamanı 1005 nəfər saxlanıldı

İstanbulda son iki gündə polis tərəfindən ümumi reyd keçirilib.   Sfera.az xəbər verir ki, reyd zamanı ümumilikdə 329 min 409 şəxs haqqında qısa araş...

İsrail Qəzzada HƏMAS-ın komanda-idarəetmə mərkəzinə zərbə endirib

İsrail Ordusu Qəzza zolağının mərkəzində HƏMAS radikal hərəkatının komanda-nəzarət mərkəzinə zərbə endirib.   Sfera.az xəbər verir ki, bu barədə İsra...

Hacıqabulda üç kənd təhlükədə: yaşayış evlərini sel suları basdı

Hacıqabula dağlardan gələn sel üç kəndi təhlükə altına alıb.   Sfera.az "Report"a istinadla xəbər verir ki, hazırda rayonda yağan güclü yağ...

Azərbaycanda tələbə faciəli şəkildə öldü

Bu gün saat 12 radələrində Ağdaş şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az oxu.az-a istinadən xəbər verir ki, Murad Əsədov idarə et...

Ələkbər həmin qətldən DANIŞDI: Rəşadı onlara görə bağışlayıb - VİDEO

"Baku" TV-nin "Arzunun vaxtı" verilişində bu dəfə müəllif və aparıcı Arzu Kəlbi meyxana ustası Ələkbər Yasamallının evində olub.   ...

Yəmən yanır: İsrail və ABŞ Husilərin hədəflərinə güclü hava zərbələri endiriblər - FOTO

ABŞ aviasiyası Sanada husilərin hədəflərinə zərbələr endirib.   Sfera.az bildirir ki, ABŞ-ın yüksək rütbəli rəsmisi İsrailin ABŞ ilə birlikdə Yəmənə hü...