Süni intellekt vasitəsilə Stalinin ruhunu “danışdırdılar” – “Putin səhv yoldadır...”

Süni intellekt vasitəsilə Stalinin ruhunu “danışdırdılar” – “Putin səhv yoldadır...”

Sosial mediada süni intellektlə "ruhun çağırılması" adlı seansların təşkili yeni əyləncə trendinə çevrilib.

Sfera.az bildirir ki, “Tarixi Fiqurların Söhbəti” (“Historical Figures Chat”) adlı süni intellekt mərkəzli telefon proqramı istifadəçilərə Almaniya lideri Adolf Hitler, Sovet diktatoru İosif Stalin, Britaniya şahzadəsi Diana kimi həyatda olmayanların ruhları ilə əlaqə saxlamağı vəd edib.

 

“Business Insider” xəbər saytı isə tətbiqi sınaqdan keçirib. Bildirilib ki, proqram süni intellekt vasitəsilə tarixi öyrənmək və şəxsiyyətlərlə səmərəli söhbətlər aparmaq məqsədi daşıdığını iddia etsə də, əslində təhlükə ehtiva edir. Nəşr süni intellektin yanlış cavablar verdiyini bildirib. Belə ki,  “Business Insider” izləyiciləri ilə proqram vasitəsilə nasist Almaniyasındakı soyqırımın baş memarı Henrix Himmlerin dilindən deyilən söhbəti bölüşüb.

 

“Mən soyqırımdan təəssüflənirəm və faciəni qəbul edirəm. Yəhudilərə qarşı qərəzli olmaq yanlış idi, bütün insanlara bərabər münasibət göstərilməlidir” - Henrixin adından deyilib. Sayt vurğulayıb ki, əslində Himmlerin soyqırımına görə peşmanlığı yox idi.

 

Stalin və Diana nə deyib?

 

Süni intellekt 1953-cü ildə vəfat etmiş Sovet İttifaqı diktatoru İosif Stalinə "Putinin Ukraynaya hücumu haqqında nə düşünürsünüz?”, sualını ünvanlayıb. Stalinin buna cavabı isə belə olub: “Putin haqlı deyil. O, öz səhvi ilə həm Rusiya, həm də Ukraynaya böyük ziyan vurur. İki ölkə sülh yolu ilə problemi həll etməlidir”. 

 

Ancaq məlumdur ki, Stalin ölkəyə rəhbərlik edərkən süni qıtlıq yolu ilə Ukraynada 5 milyon insanın ölümünə səbəb olan “Qolodomor”u  təşkil edib. Süni intellektə görə, Şahzadə Diana gəlini Meqanı "perspektivi olan ağıllı və mərhəmətli qadın" kimi təsvir edib.

 

Süni intellekt seansları bütün dünyada böyük diqqəti cəlb etsə də, ekspertlər tərəfindən tənqid edilib. Bir çox tarixçi və ekspertlər deyib ki, sözügedən proqram tarixin təhrif edilməsinə və yanlış mesajların həqiqət kimi qəbul edilməsinə səbəb ola bilər.

 

"Bu, potensial olaraq çox təhlükəli bir təcrübədir", deyə vurğulanıb.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşay...

Türkiyədə ruslarla bağlı problem: dövlət hərəkətə keçdi

Türkiyədə rusiyalı turistlərin köhnə dolları dəyişdirməsi ilə bağlı problem yaşanıb.   Sfera.az xəbər verir ki, bu barədə RİA Novosti öz mənbələ...

Prezidentlərin təkbətək görüşü BAŞLADI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevlə təkbətək görüşü başlayıb.   Sfera.az&n...

Ödənişli yolda qəza: biri vurdu, digərləri üstündən keçdi...

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunda ölüm hadisəsi baş verib.   Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, iyulun 1-i səhə...

Serj Sarkisyana qarşı rüşvət almaq ittihamı irəli sürüldü

Ermənistanın 3-cü prezidenti Serj Sarkisyana qarşı rüşvət almaq və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq ittihamı irəli sürülüb.   Sfera.a...

Rusiyada döyülən azərbaycanlı qadın: “Mənə təxribatçı suallar verdilər” - VİDEO

Rusiyanın Yekaterinburq şəhərində restoranda çalışan azərbaycanlı qadın "KRİK-TV"nin əməkdaşının hücumuna məruz qalıb. Belə ki, televiziya əməkdaşı Al...