Növbəti rus vəhşiliyi - Dünyanın ən qorxulu eksperimentlərindən sayılan Rusiya Yuxu Təcrübəsi

Növbəti rus vəhşiliyi - Dünyanın ən qorxulu eksperimentlərindən sayılan Rusiya Yuxu Təcrübəsi

Bir çox dəhşətli təcrübə cəhdləri haqqında yazılar təqdim etmişik, lakin bu təcrübə həqiqətən vəhşiliyin zirvəsidir.
 

Rusların 1940-cı ildə həyata keçirdikləri bu təcrübədə iştirak edənlərə 30 gün yatmaq qadağan edilmişdi.

 

Rus Yuxu Təcrübəsi adlanan bu təcrübə üçün isə İkinci Dünya Müharibəsi zamanı düşmən hesab edilən siyasi məhbuslardan istifadə edilirdi.
 

5 iştirakşıya bir otağa qapanaraq 30 gün yatmamaq əmri verilib. Bunu bacaranların 30 gündən sonra sərbəst buraxılacağı da vurğulanıb.
30 gün qalacaqları otaqda isə kifayət qədər su, yemək və kitablar qoyulub.
 

Bundan əlavə, insanların qaldıqları otağa mikrofonlar yerləşdirilib. Onların yatmasının qarşısını almaq üçün mütəmadi olaraq qaz və oksigen verilirdi.
Nəhayət, təcrübə başlayıb. İlk 5 gün ərzində insanlar çox narahat olmasalar da, 5-ci gündə artıq şikayətlər başlayıb.

Məhkumlar mikrofon vasitəsilə eksperimentin dayandırılmasını istədiklərini bildirsələr də, işçilər qəti şəkildə bundan imtina ediblər.
9-cu gün gələndə dustaqların tamam ağlı başından çıxmışdı və aralarında biri bacardığı qədər yüksək səslə qışqırırdı.

Qışqıran məhbusun sonradan səs tellərinin qopduğu üzə çıxıb. Digər məhbuslar mikrofonlara pıçıldayırdılar.
 

Təcrübənin 12-ci günündə məhbusların səsi kəsilib və heç biri danışmayıb.
 

Mikrofonları və oksigen səviyyəsini yoxlasalar da, heç bir problem görünməyib.

 

Tədqiqatçılar 2 gün gözlədikdən sonra içəri keçməyə qərar verdilər və mikrofonla ora gələcəklərini söylədilər.
 

İnsanlardan biri: “Biz artıq azad olmaq istəmirik” deyib.


Təcrübənin 15-ci günündə tədqiqatçılar qapını açıb içəri daxil oldular və subyektlərdən birinin öldüyünü gördülər.

Bütün subyektlərin dəriləri parçalanmış, döşəmənin hər tərəfində qan və qusma var idi. Öz ətlərini yeyən subyektlər bir rus əsgərinə hücum edərək onu öldürüb və heç biri çölə çıxmaq istəmədiyini bildirib.

 

Aynil

Sfera.az



 


OXŞAR XƏBƏRLƏR