“Anası namaz üstündə” dedikləri - Köpək balığı hücumu sayəsində xərçəngdən xilas olan adam

“Anası namaz üstündə” dedikləri - Köpək balığı hücumu sayəsində xərçəngdən xilas olan adam

Köpəkbalığının hücumuna məruz qalmaq necə yaxşı ola bilər? Heç kim belə bir şey yaşamaq istəməz, elə deyilmi?
 

Eugene Finney adlı şəxsin həyatı isə köpək balığının hücumuna məruz qalmaq nəticəsində xilas edilib. ABŞ-da baş verən bu hadisə bizə həyatda yaşadığımız hər şeyin bir mənası olduğunu xatırladır.

 

Sfera.az Eugene Finneyin başına gələn bu maraqlı hadisənin təfərrüatları haqqında təqdim edir.
 

Maraqlıdır, amma dediyimiz kimi, köpək balığının hücumu Eugene Finneyin həyatını xilas edib.


“Washington Post”un məlumatına görə, Finni 2015-ci ilin iyul ayında Kaliforniya ştatının Huntinqton-Beac okean sahillərində çimirmiş. Bu zaman kürəyinə nəyinsə dəydiyini hiss edib. Finney bu hadisə ilə bağlı qəzetə açıqlamasında: “Sanki bir ton kərpic və ya maşın kürəyimə dəydi, amma əslində belə deyildi. Mən əvvəllər heç vaxt belə bir şey hiss etməmişdim”-deyib.
 

Finney bu qəribə qəzadan sonra sudan çıxıb və qızının yanına gedib. Qız atasının kürəyindən axan qanı görüb həyəcanla atasından bunun səbəbini soruşub. O vaxta qədər heç nə hiss etməyən kişi daha sonra kürəyini yoxlayıb. Bu zaman belində böyük kəsik olduğunu və bu yaranın qanadığını anlayıb. Finney nə baş verdiyini hələ də anlamırdı, lakin Finneyin oğlu və sevgilisi də həmin vaxt sahildə idilər və suda köpək balığı üzgəcini görmüşdülər.
Suda görünən üzgəclər təbii ki, yaxşı əlamət deyildi.
 

Bu hadisənin ertəsi günü ailəyə kədərli xəbər gəlib. Dənizdə sörfinq edən bir nəfərə köpək balığı hücum edib.
 

Məhz o zaman Finney anlayıb ki, həmin gün köpəkbalığı ona da hücum etmiş ola bilərdi. Beləliklə, onlar bu ehtimalı ilk dəfə ciddi qəbul ediblər. Zavallı adam rəsmi olaraq okeanların ən təhlükəli yırtıcılarından biri ilə sıx əlaqə saxlayıbmış!! Bu əlaqədən qısa müddət sonra Finney sinəsində ağrı hiss etməyə başlayıb.
Sinəsindəki ağrıdan və köpək balığının hücumundan narahat olan Finney təcili olaraq təcili yardım məntəqəsinə gedib.

O, dərhal KT müayinəsi üçün xəstəxanaya aparılıb. Bu müayinə Finneyin sağ böyrəyində kiçik xərçəng şişinin olduğunu müəyyən edib. 39 yaşlı Finneyə xərçəngi erkən aşkar etdikləri və şişin ölçüsünün kiçik olduğu üçün sağ qalma şansının yüksək olduğu bildirilib.
Əməliyyat zamanı onun böyrəyinin 20%-i çıxarılıb.
 

Cərrahlar bu skrininq testindən sonra tapdıqları kütləni və Finneyin böyrəyinin təxminən 20%-ni çıxarıblar. Uğurlu əməliyyat keçirən və sağlamlığına qovuşan Finney “Washington Post” qəzetinə müsahibəsində dərhal xəstəxanaya getməsinin, bu maraqlı təcrübənin ana təbiətdən bir işarə olduğunu bildirib.

 

"Bu baş verməsəydi, xəstəxanaya getməzdim."
 

Finney onu dərindən təsirləndirən bu hadisədən danışıb: “Əgər bu mənim başıma gəlməsəydi, heç xəstəxanaya addım atmazdım və həkimlər də şişi aşkar etməzdilər. O köpəkbalığı hücumu olmasaydı, biz bu xəstəliyi ancaq xərçəng çox irəlilədikdən sonra kəşf edə bilərdik”.


"Kaş o köpək balığını tapıb qucaqlaya biləydim”…


Açıklama yok.

Finney gözləsəydi, bəlkə də xərçəng dördüncü mərhələyə çatana qədər bundan xəbəri olmayacaqdı. Finney, sırf sinə ağrısı səbəbiylə həkimə getməyəcəyini deyib.

O, bu sinə ağrısının köpəkbalığı hücumundan sonra baş verməsindən narahat olub və bu səbəbdən xəstəxanaya gedib. Finney, əks halda onu xəstəxanaya aparacaq ssenarini belə təsvir edir: “Arıqlamağa və özümü pis hiss etməyə başlayardım, amma hər şey üçün çox gec olardı. Kaş ki, o köpəkbalığını tapıb qucaqlaya biləydim...”
 

Etiraf edək ki, axırıncı hissə bir az şişirtmə olub, amma adam haradasa düz deyir. Bu, delfin deyil, yoldaş Finney. Qucaqlamaq istəyirsən, şəklini qucaqla. Xərçəngdən xilas oldum deyib, bu dəfə də köpək balığına yem olmayasan.


Zarafat bir yana, bu vəziyyət həm də mütəmadi olaraq yoxlamaların nə qədər zəruri olduğunu ortaya qoyur. Ən kiçik bir ağrıda, onsuz da heç kim xəstəxanaya qaçmır, ancaq müntəzəm olaraq sağlamlıq müayinəsindən keçmək də vacibdir.Erkən aşkarlama həmişə olduğu kimi həyatları xilas edir.
 

Nə deyək, sağlam olmaq kimi bir şey yoxdur! Onu qorumağa çalışaq. Finneyə də uzun və sağlam ömür arzulayaq.

 

Aysel


OXŞAR XƏBƏRLƏR