Tarixdə ən məşhur orta barmaq - O niyə müqqəddəs hesab olunur?

Tarixdə ən məşhur orta barmaq - O niyə müqqəddəs hesab olunur?

“İncil”dən fərqli olaraq, Yer kürəsinin fırlandığını, kainatın mərkəzi olduğunu deyən Qalileo kilsə tərəfindən xaric edilmiş, alçaldılmış və inkvizisiya tərəfindən inkar edilməyə məcbur edilmişdir.
 

Fikirlərinin batil olduğuna, şübhələrindən peşman olduğuna və səhvlərini bir daha təkrar etməyəcəyinə and içsə də, ona “dinsiz” damğası vurulub, kitabları qadağan edilib. O, nə az, nə çox 330 il sonra bəraət alıb.
 

Sfera.az bildirir ki, dini ənənələrə görə dəfn edilməsinə icazə verilməyən Qalileonun cənazəsi Romadakı “Capella dei Santi Cosma e Damiano” məbədinin qəbrinə qoyulub. 1737-ci ildə onun cənazəsi Florensiyada Santa Croce Bazilikasında, Torisellinin tələbəsi və Qalileonun şagirdi olan riyaziyyatçı Vincenzo Viviani tərəfindən tikilmiş məqbərəyə köçürülüb.
 

Bu dövrdə onun sağ orta barmağı Anton Françesko Qori tərəfindən gizli şəkildə çıxarılıb və birtəhər “Biblioteca Laurenziana”nın məşhur kitabxanaçısı Angelo M. Bandininin əlinə keçib. O da bir övliyanın yadigarı kimi bu barmağı camaat arasında göstərməyə başlayıb.
 

Qızılı ilə işlənmiş şüşə qaba qoyulmuş barmaq hazırda Florensiya Elm Tarixi Muzeyində saxlanılır və burada geniş Galileo sərgisini görmək olar.

 

BU BARMAQ...
 

Tommaso Perelli tərəfindən çox şeyi ifadə edə bilən sözlərlə bəzədilmiş postamentindəki yazının Futuristika tərcüməsi belədir:
 

“Bu barmaq obyektiv adlanan unikal alətin, məharətlə işlənmiş şüşənin bəxş etdiyi ülvi hisslərdir. O, səmalarda səyahət edən, yeni ulduzlar tapan, geniş kosmosa işarə edən böyük bir əlin parçasıdır və bu hisslər müdrik cəsarətlə nə Enseladın, nə də Tipfeyin çata bilməyəcəyi yerə çata bilir”.

 

Aynil

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...