Bu günə qədər görülmüş ən gülməli məhkəmə iddiaları

Bu günə qədər görülmüş ən gülməli məhkəmə iddiaları

Bu günə qədər tarixdə məzmunu ilə tanış olarkən gülməkdən özünüzü saxlaya bilməyəcəyiniz, “görəsən hansı beyinin məhsuludur” deyəcəyiniz bir çox məhkəmə iddiası olub.

Sfera.az bu məhkəmə iddialarından bəzilərini təqdim edir.


Allahın əli

Açıklama yok.

20 il həbsdə yatmış Pavel Mircea fırıldaqçılıq və kobud səhlənkarlıq üçün Allahı məhkəməyə verməyə çalışıb. O, Allahın nümayəndəsi hesab etdiyi Rumıniya Pravoslav Kilsəsini vəftiz zamanı Allahın vəd etdiyi kimi onu şərdən qoruya bilmədiyini və bunun müqavilənin pozulması olduğunu iddia edərək allahı məhkəməyə verib.


Sərxoşkən, mən o mən deyiləm!



Robert Li Brok 1995-ci ildən həbs həyatı yaşayıb, lakin həyatında bəzi dəyişikliklər etməli olub və psixi xəstəxanaya getməyə qərar verib. Bu məqsədə çatmaq üçün ən inanılmaz şey isə özünü məhkəməyə vermək olub. O, özünü məhkəməyə verib, sərxoş halda cinayət törətdiyini iddia edərək, dini inanclarını pozduğunu, bunun da dolayısı ilə özünün fundamental hüquqlarını pozduğunu bildirib.


Açıklama yok.

Keçmiş məşhur basketbolçu Maykl Cordana bənzərliyi ilə tanınan Allan Heckard bu vəziyyətdən kifayət qədər narahat olub. Onun sözlərinə görə, o yox, məhz Maykl Cordan ona bənzəyib. Üzündəki xarakterik hüquqlara sahib olduğunu iddia edən və insanların davamlı müqayisələri nəticəsində psixi pozğunluqlar yaşadığını iddia edən şəxs Maykl Cordan və Nike-dan 832 milyon dollar təzminat tələb edib. Çox maraqlıdır, görəsən nə qədər təzminat ala bilib?


Karma mənfəəti

Açıklama yok.

Restoran içəridə sürüşərək koksiks sümüyünü sındıran müştərisi xanım Ember Karsona 113 min 500 dollar təzminat ödəməlidir. Gənc qız restoranda mübahisə edərkən sevgilisinə atdığı sərinləşdirici içki şüşəsinin üstünə basıb və 30 saniyə sonra yıxılıb. Buna görə də restoranı məhkəməyə verib.

Bu da maraqlıdır, görəsən məhkəmə iddiası təmin olunubmu?


Bu da qapaq . Lazım idi sənə?

19 yaşlı Karl Truman qonşusunu əllərini əzdiyinə görə məhkəməyə verib. Truman qonşusunun avtomobilinin qapaqlarını oğurlamağa çalışarkən, sükan arxasında kiminsə olduğunu fərq etməyib. Buna görə əlləri hərəkətdə olan avtomobilin təkərləri altında əzilib. Onun qonşusundan xəstəxana xərcləri də daxil olmaqla 74 min dollar təzminat almaq hüququ olub.


Sənsən toyuma gəlməyən?

Açıklama yok.

Ən unikal hadisələrdən biri də məhz vətənimiz Azərbaycanda yaşanıb.

Bir bəy toyuna dəvət etdiyi 200 qonaqdan 80 nəfəri gəlmədiyi üçün “Şərəf və ləyaqətimi alçaltdılar” səbəbindən təzminat tələbi ilə məhkəməyə müraciət edib.
Bundan sonra toy dəvətnamələrini mütləq WhatsApp, E-mail, Messenger, Teleqram və İnstagram-dan da atmağa çalışaq. Həyatdır, bilmək olmaz. Bəlkə də, vərəq formasında it-bata düşübmüş.


Kimsə baxanda mən bunu edə bilmərəm,dostum.

Açıklama yok.

San Dieqodakı City Hall-da konsert zamanı kişilər tualetində qadını gördükdən sonra emosional sarsıntı keçirdiyini iddia edən bir kişi meriyaya qarşı 5,4 milyon dollarlıq iddia qaldırıb.

Sarsıntını təsəvvür elədiniz, yəqin. Dəhşət!

 

Acgözlük nirvanası

Açıklama yok.

Qadın sürücü buz bağlayan yolda motorlu xizəklə toqquşub. Xizək sürücüsü ölüb. Qadın sürücü şahidi olduğu ölüm anında yaşadığı şoka görə kişinin dul həyat yoldaşını məhkəməyə verib.

Bu gülməli yox, ağlamalıdır. Amma yenə də ehtiyatsız davranan motosiklet sürücüləri və keçiddən istifadə etməyən piyadalara qarşı tətbiq etmək, pis olmaz.


Bəslə qarğanı, alsın təzminatı!

Açıklama yok.

Texas sakini Kathleen Robertson mebel mağazasında qaçan bir gənc uşağın üzərinə yıxılır və topuqlarını sındırır. Mebel mağazasını məhkəməyə verən qadının 80 min dollar təzminat tələb etmək hüququ olub. Maraqlısı odur ki, qaçan uşaq qadının öz oğludur.

 

Lazım olsa at kimi kişnəyərəm!
 

Açıklama yok.


Kaliforniyada iflic olan kişi ev heyvanının ona xidmət göstərməsinə icazə vermədiyi üçün ticarət mərkəzindəki iki pərakəndə mağazanı məhkəməyə verib. Sözügedən heyvan əlil arabasında olan adamı çəkən 74 sm-lik at olub. Kişi hər mağazadan 4000 dollar təzminat tələb edib.


Heç @ik deyil


Açıklama yok.

Çinli ata övladına "@" adını qoymaq üçün qanuni icazə almağa görə məhkəməyə müraciət edib. Lakin bu tələb əks halda, bütün adların Mandarin dilinə (Çin standart rəsmi və ədəbi dili) tərcüməsinin məcburi olduğu əsası ilə rədd edilib.


Göydən 3 alma düşdü, amma hansının kimə aid olduğunu bilmədik

Açıklama yok.

O dövrdə məşhur musiqi qrupu “Beatles” tərəfindən qurulan “Apple Corps” markalı şirkət texnologiya nəhəngi Apple şirkətinin onların adından istifadə etdiklərini və musiqi satdıqlarını iddia edərək məhkəməyə müraciət etmişdi. Məhkəmə çəkişməsi 28 il davam edib və xeyirlərinə həlli ilə başa çatıb.

“Apple” də plaqiat imiş, rahat ola bilərsiniz.


Avtomatikə qoşulma

Açıklama yok.

Merv Qrazinski yeni aldığı avtomobil qoşqusunu saatda 70 mil sürətlə avtopilot rejimə qoyur. Bir fincan qəhvə hazırlamaq üçün arxaya keçir və qoşqu yoldan çıxaraq aşır. Kişi qoşqunun kitabçasında bu barədə heç bir xəbərdarlıq olmadığı üçün istehsalçını məhkəməyə verir və o, 1 milyon 750 min dollar təzminat və yeni qoşqu almaq hüququ qazanır.

 

Batman prokuroru həqiqi Batman olur

Açıklama yok.

Qardaş Türkiyədə Batman Bələdiyyə Başçısı Hüseyn Kalkan, şəhərinin adından istifadə edərək pul qazandığını iddia etdiyi "Batman" filminin prodüserini məhkəməyə verməyə hazırlaşdıqlarını və hazırda işin ABŞ-da, yoxsa Türkiyədə açılmasının lazım olduğunu araşdırdıqlarını bildirib.

Üstündən bir neçə il keçib, inşallah məhkəmə xeyirlərinə həll edib məsələni.


Öpmək və ya öpməmək, sual budur!

Açıklama yok.
Yenə Türkiyə - “Pepsi Max”ın reklamındakı sözə inanan, məhsulu alıb içməsinə baxmayaraq “heç bir qadın reklamda göstərildiyi kimi gəlib məni öpmədi” deyən Veysel Dağ, 1,3 TL ödənişinin qaytarılmasını tələb edib.
 

Düz edib. O pula görə salam vermirlər, nəinki öpmək. Reklam çəkənlər yazıq kişilərin hissləri ilə niyə oynayır? Başqa bir şey fikirləşin, zəhmət olmasa.

 

Aynil


OXŞAR XƏBƏRLƏR