Qadınların NƏZƏRİNƏ!: Ən xarizmatik kişilər bu bürcün nümayəndələridir

Qadınların NƏZƏRİNƏ!: Ən xarizmatik kişilər bu bürcün nümayəndələridir

Bəzi insanlar özünəməxsus xüsusiyyətlərlə doğulurlar - danışığı, baxışı, duruşu ilə hamını dərhal heyran edirlər. Astrologiyada da xarizması və gözəl görünüşü ilə məşhur olan bürclər var. 

 

Sfera.az bu dəfə xarizmatik kişilərin bürcləri haqqında məlumatı təqdim edir.

 

Tərəzi bürcü - Tərəzi kişiləri həyatlarını tarazlıq içində yaşamağa çalışırlar. Onları qayğısız görə bilməzsiniz. Şəxsi baxımlarına və görünüşünə çox diqqət yetirirlər. Ən yaxşı geyinən və ən yaraşıqlı görünən kişilər adətən tərəzi bürcündəndir. Onlar həm də çox mülayim və mehribandırlar. Romantik davranışlarına müqavimət göstərmək isə demək olar ki, mümkün deyil.


Şir bürcü – Bu kişilər güclü və soyuqqanlı duruşları ilə bütün diqqətləri öz üzərlərinə çəkirlər. Şir bürcü kişiləri həyatlarını uğur üzərində qururlar. Onlar çox danışqan və sosialdırlar.  Adətən eqosu və güclü şəxsiyyəti ilə qadınları heyran edirlər. 


Əqrəb bürcü - Fitri xüsusiyyətləri sayəsində çox cazibədar görünürlər. Onların diqqətəlayiq və təsiredici görünüşləri var. Əqrəb bürcü sirli və ehtiraslıdır. Bundan əlavə, gizli yumor hissi onu qüsursuz göstərir.


Buğa bürcü – Bu bürcün nümayəndələri sevgi və münasibətlərdə çox sadiqdirlər. Buğa bürcü kişilərinin ağırbaşlı hərəkətləri dərhal bütün qadınlara təsir edə bilər. Onlar, ümumiyyətlə, həyatlarında insanlarla təkbətək vaxt keçirməyi xoşlayırlar. Sevdiyi insana qarşı çox sevgi dolu və romantik olurlar. Bundan əlavə, buğa bürcü dürüst davranışları ilə hər kəs tərəfindən bəyənilir.

 

Türkan


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...