Elm tarixinin “olmasaydı daha yaxşı olardı” dediyimiz ən qorxunc alimləri - ADLAR

Elm tarixinin “olmasaydı daha yaxşı olardı” dediyimiz ən qorxunc alimləri - ADLAR

Elm tarixi ürpədici kəşfləri, insanlıq adına utancverici təcrübələri ilə zəngin olub. Zaman-zaman oxuculara bu kəşflər və təcrübələr haqqında yazılar təqdim etmişik. Xüsusilə, müharibə vaxtları nəinki elm, bütünlükdə insanlıq tarixinə ləkə olan təcrübələr və onların müəllifləri haqqında məlumatlar oxumusunuz.


Sfera.az bu yazıda elm tarixində primatlar üzərində təcrübələr aparan ən qorxunc alimlər haqqında qısa məlumatları təqdim edir.


1. Vladimir Demixov
Açıklama yok.

20-ci əsrdə yaşamış sovet alimi orqan transplantasiyasının qabaqcıllarındandır. Lakin o, heyvanlara və xüsusən də itlərə orqan transplantasiyası ilə məşhurdur.


Açıklama yok.

O, bir itin başı, ön ayaqları ilə, başqa bir alman canavar itinə köçürərək şəkildəki ikibaşlı iti əldə etmiş və buna bənzər bir çox təcrübələr aparmışdır. İroniya burasındadır ki, Demihov tarixin ən uğurlu cərrahları arasında göstərilir. Nə qədər uğurlu cərrah da olsa, elmdə əldə etmək istədiyi nailiyyət fiaskodan başqa bir şey olmayıb. Bu ikibaşlı it də çox yaşaya bilməyib.

 

2. Sergey Bruxonenko
Açıklama yok.

Öz ölkəsində açıq ürək əməliyyatlarının qabaqcıllarından biri kimi təqdin edilən daha bir sovet alimi. O, inkişaf etdirdiyi mexaniki ürək və ağciyərləri və canlı saxladığı it başlarını sərgilədiyi təcrübələri ilə məşhurdur. Bu kimə və nəyə görə lazım idi, yəqin ki, elə Sovetlərdən başqa heç kim bilmir cavabını.


Açıklama yok.
Filmə çəkilən eksperimenti 1940-cı ildə “Orqanizmlərin dirçəlişində təcrübələr” adı ilə nəşr olunub.

3. Giovanni Aldini

 

Açıklama yok.
19-cu əsr italyan fiziki. Təcrübələrinin çoxunu insan və heyvan bədənlərinə elektrik verərək tətbiq edib. Amma onu həqiqətən qorxunc edən 1803-cü ildə Kral Universitetində etdiyi təcrübədir. Təcrübədə o, asılmış məhbusun cəsədini hərəkət etdirmək üçün ona elektrik verib. Hətta şayiələrə görə, ölən şəxs sol gözünü tamamilə açıb və tamaşaya baxanlardan biri qorxudan ölüb.


Açıklama yok.

 

4. Harry Harlow

Açıklama yok.

20-ci əsrin Amerika psixoloqu. Təcrübələrinin çoxunu rhesus meymunları üzərində aparmışdır. O, meymunların emosional bağlılığını sınayıb. Bəzi təcrübələrində sosial təcrid tətbiq etdiyi meymunların depressiya zamanı dəli olduqlarını və intihar etdiklərini müşahidə etmişdir. İstifadə etdiyi qəddar üsullara görə Heyvan Haqları Təşkilatına külli miqdarda təzminat ödəməli olub. Sovetlərdən fərqli olaraq, bu utanca görə ən azından məsuliyyət daşıyanlar olub. Təsəllivericidir…

Açıklama yok.

5.Xose Delqado

Açıklama yok.

İspan alimi. O, zehni idarə edən təcrübələrin qabaqcıllarındandır. Beyinlərinə yerləşdirilmiş elektron stimullaşdırıcı qurğularla heyvanların hərəkətlərini idarə etməyə çalışıb. Bir təcrübədə o, arenadakı vəhşi öküzü pultla uzaqdan idarə edərək dayandırmışdır.

Açıklama yok.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR