ABŞ tarixində ən dağıdıcı qar çovğunları - FOTOLAR

ABŞ tarixində ən dağıdıcı qar çovğunları - FOTOLAR

Son illərdə ilk dəfədir ki, paytaxta bu qədər çox qar yağır. Ətrafda qartopu oynamağın sevincini yaşayan uşaqları, qışda istirahətə getmək imkanı olmayan, qarlı mənzərə fonunda şəkil çəkdirməyin həzzini yaşayan böyükləri görmək nə qədər ürəkaçan olsa da, durmadan qar yağmasından şikayətlənən, yolların iflic olmasından narazı olanlar da az deyil. Qar ilk baxışda o qədər təhlükəli görünməsə də, təbiətin ən nəhəng dağıdıcı gücündən biridir. Dağlarda uçqunlar zamanı yaşanan fəlakətlərdən başqa, meqapolislərdə də faciəvi izlər qoyan qar fırtınaları olub.

Sfera.az bu dəfə ABŞ tarixində yüzlərlə insanın ölümünə və milyonlarla dollar maddi ziyana səbəb olan və faciəvi izlər qoyan qar çovğunları haqqında yazı təqdim edir.



1888-ci il mart tufanı (11-12 mart 1888)

 

Açıklama yok.

1888-ci ildə mart ayında Boston, Nyu-York, Filadelfiya və Vaşinqton şəhərlərini vuran bu güclü qar fırtınası səbəbiylə qarın hündürlüyü 1,20 sm-ə çatır. Bu şəhərlərdə yaşayanların həyatını kabusa çevirir.


Knikerboker fırtınası (27-28 yanvar 1922)

 

Açıklama yok.

Fırtına öz adını Vaşinqtondakı Knickerbocker adlı teatrdan götürüb. İnsanlar içəridə kinoya baxarkən teatrın damı qarın ağırlığına tab gətirə bilməyib uçub. Ümumilikdə 98 nəfərin həyatını itirdiyi bildirilir.


Böyük Orta Qərb Fırtınası (26-27 yanvar 1967)

 

Açıklama yok.

Ohayodan Nyu Meksikoya qədər şiddəti hiss edilən çovğun ümumilikdə 76 nəfərin həyatına son qoyub. Fırtına səbəbindən Çikaqoda qarın hündürlüyü 24 saat ərzində 60 sm-ə çatır. Bu hündürlük hələ də rekord hədd hesab olunur.

 

1969 Milad ərəfəsində Fırtına (25-28 dekabr 1969)

 

Açıklama yok.

New England və Nyu Yorkun şimalını əhatə edən fırtına səbəbiylə bu bölgələrdə qarın hündürlüyü bəzi yerlərdə 1 metrə çatır.


Fevral 1978-ci il tufanı (5-7 fevral 1978)


Açıklama yok.

Qasırğa kimi tanınan qar fırtınası, sürəti saatda 145 kilometrə çatan küləklər səbəbindən Massaçusetsə çox güclü zərbə vurur. Qarın hündürlüyü bəzi yerlərdə 1 metrə çatır.


Mart 1993 Super Fırtına (12-13 Mart 1993)

Açıklama yok.
 

Nyu Yorku vuran bu böyük fırtınada qarın hündürlüyü 1,5 metrə çatır və ümumilikdə 300 nəfər ölür.

1996-cı ilin yanvar fırtınası (6-9 yanvar 1996)

Açıklama yok.

Fırtına Şimal-Şərqi və Orta Atlantik ştatlarını vurur. Filadelfiyada 80 sm -ə çatab qar hündürlüyü bu gün də rekord hədd hesab olunur.


2005-ci ilin yanvar fırtınası (20-24 yanvar 2005)
Açıklama yok.

Şimal-şərqi vuran fırtınada Bostona saatda 12 sm qar yağır. Şəhər nəhayət tamamilə 1,2 metr hündürlüyündə qar örtüyünün altında qalır.


2010 Milad gecəsi Fırtınası (25-28 dekabr 2010)


Açıklama yok.
Nyu Yorka təsir edən fırtınada qarın hündürlüyü 50 sm-ə çatır.


Qunduz Festivalı Fırtınası (1-2 Fevral 2011)


Açıklama yok.

 

Fırtına Orta Qərbin bəzi şəhərlərini o qədər vurub ki, əyalət fəlakət bölgələrində fövqəladə vəziyyət elan edilib.


Buffalo-Nyu-York Fırtınası (18-20 Noyabr 2014)

 

Açıklama yok.

Buffaloda fırtına səbəbindən qarın hündürlüyü 2 metrə çatır. 2 gün yüzlərlə insanın evlərində və yollarda sıxışıb qaldığı fırtınada ümumilikdə 6 nəfər həyatını itirib.


Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR