Türkiyəli kolleksioner Səttar Bəhlulzadənin əsərlərini 18,5 milyon dollara satışa çıxardı - FOTO + AÇIQLAMA

Türkiyəli kolleksioner Səttar Bəhlulzadənin əsərlərini 18,5 milyon dollara satışa çıxardı - FOTO + AÇIQLAMA

Türkiyəli Oğuz Tolga adlı bir kolleksioner azərbaycanlı rəssam Səttar Bəhlulzadənin əsərlərini satışa çıxarıb.

 

Sfera.az bildirir ki, bu barədə sosial şəbəkə istifadəçisi Haldun Novruzzadə məlumat yayıb.

 

O qeyd edib ki, sözügedən şəxs rəssamın 650 əsərini 18,5 milyon dollara “Ebay” adlı platformada satışa təqdim edib. Paylaşımla bağlı müxtəlif insanlar fikir bildiriblər. Bir qism düşünür ki, dövlət olaraq belə dəyərli sənət əsərlərini alıb ölkəmizə qaytarmaq məqsədəuyğundur. Digərləri isə satışa çıxarılma prosesini normal qiymətləndirib. Vaxtilə bu cür əsərlər Mədəniyyət Nazirliyinin arxivində saxlanılırdı.

 

Maraqlıdır, əsərlər kolleksionerlər tərəfindən necə əldə olunub?  Onların satışa çıxarılması nə dərəcədə doğrudur?

 

Bununla bağlı Sfera.az-a açıqlama verən sənətşünas Ziyadxan Əliyev deyib ki, satışa çıxarılan həmin əsərlər qrafika işinə bənzəyir:

 

“Səttar Bəhlulzadənin belə işləri kifayət qədərdir. Ola bilər ki, emalatxanasını köçürəndə, yeniləyəndə həmin qrafika işlərini atıblar və ya əldən-ələ keçib. Yəni satışa çıxarılanlar arasında önəmli şeylər görmədim. 650-yə yaxın rəsim əsərinin olması inandırıcı deyil. Əvvəllər Türkiyənin Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Turqut Ər də buradan çox şeylər almışdı – Mikayıl Abdullayevdən və s. O zaman yadıma gəlir ki, satmaq istəyirdi. Ümumiyyətlə, Türkiyədə belə işlər çoxdur. İnişil Türkiyədəki şəxsi kolleksiyalardan Mikayıl Abdullayevin işlərini yığıb sərgi təşkil etmişdilər. Ancaq qeyd etdiyiniz 650 əsər rəngkarlıq işi olmaz, dediyim kimi qrafik işləridir, əksinə inanmıram”.

 

Müsahibimiz qeyd edib ki, ümumiyyətlə, kolleksioner şəxsi malını sata da bilər:

 

“Amma hər halda, biz dövlət olaraq həmin işləri özümüz alsaq, daha yaxşı olardı. Çünki onsuz da çox şeyləri itirmişik. Səttar əliaçıq adam idi, amma o, heç kimə işini satmayıb. Həmin türkiyəli kolleksioner də kimlərdənsə ala bilər. Səttar mülki şəxslərin heç birinə öz əsərlərini satmayıb. O, nə satıbsa da, 200-ə qədər rəngkarlıq və qrafika işini dövlət tərəfindən alıblar. Qalan işlərin hamısı hədiyyə edilib. Ancaq çox istəyərdim ki, hazırda satışa çıxarılan işlər dövlət tərəfindən alınsın. İnanıram ki, bu məsələ işıqlandırılsa, müvaqif qurumlar tərəfindən nəzarətə götürüləcək”.

 

Günay Rəsulqızı

 


 


OXŞAR XƏBƏRLƏR

Xankəndidə illər sonra ilk toy - FOTOLAR

Xankəndi şəhərində illər sonra ilk toy mərasimi keçiriləcək.   Sfera.az APA-ya istinadən xəbər verir ki, bu gün tanınmış jurnalist Kərim Kərimli...

“Keşikçidağ"da elmi arxeoloji qazıntılar zamanı xeyli nümunələr aşkarlanıb -FOTO

Cari ilin 25 avqust-05 oktyabr 2024-cü il tarixlərində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və AMEA Arxe...

Yerin müvəqqəti peyki planetimizə yaxınlaşmaqdadır

Sentyabr ayının sonunda 2024 PT5 asteroidi Yerə yaxınlaşaraq 56 gün müddətində onun müvəqqəti ikinci peykinə çevriləcək.   N.Tusi adına Şamaxı Astrof...

Mahir Emrelinin komandası məğlub oldu

Azərbaycan yığmasının üzvü Mahir Emrelinin formasını geyindiyi II Bundesliqa klubu "Nürnberq" növbəti matçında məğlub olub.   Sfera.az xəbə...

İran prezidenti sabah Nyu-Yorka səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian yüksək rütbəli nümayəndə heyətinin başçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahına gedəcək. &n...

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

VII çağırış Milli Məclisin ilk iclasına deputat Ziyad Səmədzadə sədrlik edəcək.   Sfera.az xəbər verir ki, Milli Məclisin Daxili Nizamnaməsinin ikinc...