Sərxoş keşiş pivə üstündə dava saldı, İŞİNİ İTİRDİ

Sərxoş keşiş pivə üstündə dava saldı, İŞİNİ İTİRDİ

Dnepr yaxınlığında Provaslav kilsəsinin sərxoş keşişi əvvəlcə insanlardan pivə içməyi xahiş edib, sonra isə yumruqla onlara hücum edib.

 

Sfera.az bildirir ki, hadisənin videosu Ukrayna Telegram kanallarında yayımlanıb.

 

Mağazadan qayıdan bir qrup kişi məbədin ərazisinə daxil olub. Orada onları yerli keşiş görüb. İnsanlar iddia edirlər ki, din xadimi həmin vaxt artıq sərxoş olub.

 

"Ata yanımıza gəldi və onunla pivə içməyi təklif etdi, biz imtina etdik. Bundan sonra o, bizi qovmağa başladı", - deyə hadisə iştirakçılarından biri bildirib. Video görüntülərdə isə keşişin bir qrup kişini necə təqib etdiyi görünür.

 

Keşiş şəxslərdən birinin pencəyinin boynundan yapışanda isə hadisə şahidləri müdaxilə edib, onu aqressiv keşişin əlindən alıblar. Lakin keşiş sakitləşməyib və digər şəxsləri davaya təhrik etməyə başlayıb. Bundan sonra hadisə şahidlərindən biri keşişin əllərini arxasına büküb. Sərxoş və aqressiv keşişlə çəkilən video qısa zamanda internetdə populyarlaşıb. Hətta onun kimliyi də müəyyən edilib.

 

Dneprdə pastor Oleq Lebedinski öz Facebook səhifəsində bu haqda paylaşım edib.

 

O, Facebook-da Reznikovun səhifəsinə keçid də yerləşdirib.

 

“Müqəddəs Nikolay Kilsəsi”nin rektoru Aleksandr Dedyuxin öz Facebook səhifəsində insidentə səbəb olan keşiş Sergiy Reznikovun postundan uzaqlaşdırıldığını açıqlayıb.

 

Xatırladaq ki, bu Ukrayna Provaslav Kilsəsi ətrafında ilk qalmaqaldeyil. Bu ilin noyabrında Çernivtsi yeparxiyasının katibi azyaşlı ilə yataqda tutulub. Bundan əlavə, Ukrayna Pravoslav Kilsəsinin Çernivtsi-Bukovina yeparxiyasının ərazisində Ukrayna Təhlükəsizlik xidməti əməkdaşları Rusiya hərbçilərinin təbliğat ədəbiyyatı və sənədlərini aşkar ediblər.

 

Ötən ay isə Kiyev yaxınlığında “Rus dünyası”nı təbliğ edən Provaslav kilsəsinin digər keşişi saxlanılıb.

 

Aylin


OXŞAR XƏBƏRLƏR

İllər öncə qətlə yetirilən şəxs Şahin Şıxlinskinin müavini olub

Xəbər verdiyimiz kimi, Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinski saxlanılıb.   Sfera.az-ın məlumatına görə, Ş.Şıxlin...

Yekaterinburqda 50 azərbaycanlı saxlanıldı

Bu gün Yekaterinburqda 50 azərbaycanlı saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Kütləvi İnformasiya Vasitələrinin (KİV) yaydığı məluma...

Rusiya və Azərbaycan arasındakı gərginliklə bağlı BMT-dən reaksiya

BMT Rusiya ilə Azərbaycan arasında münasibətlərdə artan gərginlikdən xəbərdardır və ümid edir ki, ölkələr öz fikir ayrılıqlarını diplomatik yollarla həll edəcək...

Eks-səfir:"Yaranmış vəziyyət bütün region üçün kifayət qədər riskli və həssasdır"

“Rusiya İmperiyası bütün tarixi dönəmlərində ərazisində yaşayan digər xalqları hər zaman əzərək milli qürurunu və xasiyyətini sındırıb özünə tabe etmə siy...

Putin Makronla telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu barədə Yelis...

Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi

Bakıda saxlanılan Rusiya vətəndaşlarından ibarət dəstənin məhkəməsi keçirilir.   Sfera.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində Ülviyyə Şükürovan...