Logo

2022 bu texnoloji alətlərlə vidalaşma ili oldu - SİYAHI

2022 bu texnoloji alətlərlə vidalaşma ili oldu - SİYAHI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2022-ci il "iPhone 14" və digər texnologiyaların təqdimatından sonra sosial media süni intellektin yüksəlişinə şahidlik etdiyi halda, bu il də bəzi klassiklərlə vidalaşma ili olaraq qeyd edildi.

Sfera.az beynimizdə yalnız xatirə olaraq qalacaq texnologiyaların adını təqdim edir:

Yanvar ayında "Blackberry" şirkəti köhnə proqram təminatını, infrastrukturu və telefon əməliyyat sistemlərinin istifadə etdiyi xidmətləri sıradan çıxardı.

2001-ci ildə təqdim edilən birinci nəsil "iPod Apple" musiqi dinləyiciləri üçün ən mühüm texnoloji alətlərindən biri idi. Lakin bu ilin may ayında "Apple" bazarda qalan son "iPod" olan "iPod touch"ın istehsalını dayandıracağını söylədi.

25 ildən çox işlədikdən sonra "Internet Explorer"in fəaliyyəti də ötən ilin iyunun 15-də rəsmi olaraq dayandırıldı.

"iPhone 12 mini" 2020-ci ildə istehsala buraxılıb. Lakin bu il iki nəsil sonra "Apple"  bu modeli yeni "iPhone 14 "Plus" ilə əvəz etməyi seçdi.

Əzizə Zeynal

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR