Tarixin ən hündür adamının ən qısa həyatı - FOTOLAR

Tarixin ən hündür adamının ən qısa həyatı - FOTOLAR

1918-1940-cı illər arasında yaşamış dünyanın ən hündür adamının boyunun əksinə olan 22 illik qısa ömrü çox maraqlıdır.
 

Sfera.az “İllinoys nəhəngi” adlandırılan dünyanın tarix boyu ən uzun adamının hekayəsini təqdim edir.

Açıklama yok.

22 fevral 1918-ci ildə İllinoys ştatının Alton şəhərində Harold və Addie Wadlowun 3,9 kq ağırlığında tamamilə normal bir oğlan uşağı dünyaya gəlib. Robert adlı körpənin ilk doğum günündə boyu 1,07 m, çəkisi isə 20,4 kq olub və eyni sürətlə böyüməyə davam edən Robert artıq səkkiz yaşında atasını geridə qoyub.

 

13 yaşında Robertin boyu 2,24 metr idi və dünyanın ən uzun adamı oldu. Sakit və çox mülayim bir gənc olduğu üçün onu ətrafında "Zərif Nəhəng" adlandırırdılar.
Açıklama yok.

Robert foto çəkməkdən və gitara çalmaqdan həzz alırdı, əllərinin həddindən artıq böyüməsi onun məşğuliyyətinə mane olurdu. Onun qeyri-adi böyüməsi hipofiz bezinin həddindən artıq aktiv olması ilə əlaqədar idi.
 

Robert foto çəkməkdən və gitara çalmaqdan həzz alırdı, lakin əllərinin həddindən artıq böyüməsi onun məşğuliyyətinə mane olurdu.Onun qeyri-adi böyüməsi hipofiz vəzinin həddindən artıq aktiv olması ilə əlaqədar idi.


Açıklama yok.

1937-ci ildə boyu 2,59 m-ə çataraq Dünyanın Ən Uzun Adam Rekordunu qıran Robert orta məktəbi bitirdikdən sonra "Ringling Brothers Circus" ilə qastrol səfərinə çıxdı.
 

Daha sonra o, yalnız 47 sm fut üçün pulsuz ayaqqabılar təqdim edən "Beynəlxalq Ayaqqabı Şirkəti"ni tanıtmaq üçün ölkəni gəzdi.


Açıklama yok.

Ayaqlarının keyiməsindən əziyyət çəkən Robert böyüdükcə ona ayaq breketləri və yerimək üçün dəyənək lazım idi.
 

1940-cı ildə onun qüsurlu breketləri ayaq biləyinə sızan və infeksiyaya çevrilən qabarcıqların yaranmasına səbəb oldu.


Açıklama yok.

1940-cı il iyulun 15-də 22 yaşında dünyasını dəyişən Robertin ölümündən 18 gün əvvəl həkimlər onun boyunu 2,72 m olaraq ölçüblər.
 

Robert doğma şəhərində dəfn edildi və 453 kq ağırlığında olan tabutunu onlarla tabutdaşıyan və səkkiz köməkçi güclə daşıya bildi.
 

Robert Wadlowun şərəfinə ucaldılmış bürünc heykəli hələ də onun doğulduğu Alton şəhərindədir.

Açıklama yok.

Aysel

 


OXŞAR XƏBƏRLƏR

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Milli Hidrometeorologiya Xidməti yanvarın 19-u gündüz, 20-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.   Bu b...

“TikTok” sabahdan bağlana bilər - XƏBƏRDARLIQ!

ABŞ Ali Məhkəməsinin verdiyi qərardan sonra Çin şirkəti yanvarın 19-da Amerika istifadəçiləri üçün “TikTok”u bağlamaq haqqında düşünür.  S...

İmişlidə yol qəzasında 2 uşaq öldü

İmişli rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.    DİN-in Mətbuat Xidmətindən Sfera.az-a bildirilib ki, xidmə...

Hökümənin ailəsindən oğurlanan pullar GERİ QAYTARILDI - SAXLANILANLAR VAR

Aktauda qəzaya uğrayan AZAL-a məxsus təyyarədə həlak olan Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atasının bank kartından pul vəsaitini oğurlamaqda şübhə...

Yanvarın 20-nə gözlənilən hava şəraiti açıqlandı

Yanvarın 20-də Bakıda və Abşeron yarımadasında müxtəlif saatlarda gözlənilən hava şəraiti açıqlanıb.   Sfera.az xəbər verir ki, bununla bağlı Milli H...