Tarixin ən gülməli lətifəsi - Edam olunan Meymunlar

Tarixin ən gülməli lətifəsi - Edam olunan Meymunlar

Tarixidə çox qəribə hallardan bəhs edilir. Meymunların edam edilmə şayiəsi isə bu maraqlı lətifələrdən yalnız biridir. Bu hadisə Osmanlı dövründə yaşanıb. Bəs Osmanlı dövründə meymunlar həqiqətənmi edam edilib?

 

Sfera.az tarixin ən gülməli hadisələrindən biri haqqında məlumat təqdim edir.

 

16-cı əsrdə meymunların edamını təsvir edən hadisə Türkiyəli tarixçi Reşad Əkrəm Qoçunun 1952-ci ildə “Varlık” Nəşrləri tərəfindən dərc olunan “Tariximizdə Qəribə Davalar” adlı əsərində qeyd edilir. Reşat Ekrem Qoçu 1905-ci ildə İstanbulda anadan olub. 1931-ci ildə İstanbul Universitetinin (o vaxt Darülfünun adı ilə tanınırdı) Ədəbiyyat fakültəsinin tarix fakültəsini bitirmişdir. O, Kuleli hərbi liseyi, Pertevniyal liseyi, Vəfa liseyi kimi önəmli məktəblərdə tarix fənnindən dərs deyib. 1975-ci ildə İstanbulda vəfat edib.

 

Reşat Ekrem Qoçunun sözlərinə görə, o dövrlərdə böyük gəmilərdə həmişə bir neçə yaxşı təlim keçmiş meymun olurdu. Gəminin dirəyində dayanan meymunlar uzaqdan gəmi görəndə səs çıxarırdılar. Hər cür gəmi materialının satıldığı Qalatada bu öyrədilmiş meymunların satıldığı bir sıra mağazalar da var idi.

 

XVI əsrdə III Murad zamanında təsvir edilən bu mühitdə Əbdülkərim Əfəndi adlı şəxs sultanın müəllimi olmuşdur. Bu insan son dərəcə dindar və əsəbi idi, həmişə ağlına gələni edirdi. O, sultanın müəllimi olduğundan III Murada qeyri-adi təsiri var idi. Sultana yaxın olduğu üçün heç nədən qorxmurdu. Bu adam həm də qeyri-adi natiqlik qabiliyyətinə malik idi. Məscidlərdə moizə oxuyanda hamını heyrətə gətirirdi.

 

Bu zəmində Əbdülkerim Əfəndi bir gün oxuduğu kitabda meymunların fahişəlik aləti ola biləcəyinə dair məlumat görür. Bunun üzərinə çox əsəbiləşən Əbdülkərim Əfəndi təqib etdiyi adamlarla meymun satılan dükanlara basqın edir. O, burada meymunları bir-bir tutub ağaclardan asdırır ki, dul qadınlar və ya subay qadınlarla fahişəliyə getməsinlər. Bu hadisədən sonra Əbdülkərim Əfəndiyə xalq tərəfindən “Meymunkeş” adı verilib.

 

Reşat Ekrem Qoçu uzun illər tarix oxuyan, dərs deyən təcrübəli bir addır. Tarixdən bir çox maraqlı hadisələrdən bəhs edən əsəri çox məşhur kitaba çevrilib. Təbii ki, bu əsərdəki hər bir iddiada həqiqət payı var. Ancaq tarix haqqında oxuduğumuz və eşitdiyimiz kimi, bu iddianın şübhəsiz bir həqiqət olduğunu qəbul etmək olmaz.

 

Aysel


OXŞAR XƏBƏRLƏR

Çox oxuyan insanların beyin quruluşunun fərqli olur - ARAŞDIRMA

Zövq üçün kitab oxuyanların sayı durmadan azalır. Bəs bu, beynimiz və onun təkamülü üçün nə deməkdir? Beynəlxalq alimlər qrupu bu suallara cavab tapıb və müəyyə...

Castin Biberin bu görüntüsü insanları təəcübləndirib - FOTO

Tanınmış müğənni Castin Biber meşədə soyuqda yalnız şortik geyinərək poza verib. Sfera.az xəbər verir ki, o, şəkilləri İnstaqramda paylaşıb. Castin Biber ...

Yeni Samsung Galaxy S25 Ultra-nın özəllikləri məlum odu - FOTO

Geekbench Vulkan testində qarşıdan gələn flaqman Samsung Galaxy S25 Ultra smartfonunun GPU-nun sınaqdan keçirilməsinin nəticələri şəbəkəyə sızıb.   S...

İntim və dəhşətli ifşalarla dolu: Hitlerin ingilis sevgilisinin gizli gündəliyi tapıldı

Britaniyada Adolf Hitlerə qeyri-adi dərəcədə yaxın olan aristokrat Unity Mitfordun əvvəllər məlum olmayan gündəlikləri nəşr olunub. Sfera.az bildirir ki, təd...

Ən böyük vulkanlarından biri püskürməyə hazırlaşır

İslandiyanın ikinci ən böyük vulkanı olan Bərdarbunqa püskürməyə hazırlaşır. Bu, bütün Avropada səyahət xaosunun yaranmasına səbəb ola bilər. Alimlərin proqnozl...

Politico: Trampın komandası ABŞ-də fövqəladə vəziyyət elan etmək istəyir

Amerikanın yeni seçilmiş prezidenti Donald Trampın komandasının üzvləri qeyri-qanuni miqrasiya ilə mübarizənin effektivliyini gücləndirmək üçün Birləşmiş Ştatla...