Mask Twitter rəhbərliyindən gedir?

Mask Twitter rəhbərliyindən gedir?

İlon Mask Twitter istifadəçiləri arasında keçirməyə qərar verdiyi səsvermədən sonra baş direktor vəzifəsindən istefa verəcəyini açıqlayıb. Maskın sözlərinə görə, əksəriyyət onun bu vəzifədə olmasının əleyhinədirsə, gedəcək. Sorğu Twitterdə Mask səhifəsində dərc edilib.
 

“Twitter rəhbəri vəzifəsindən istefa verməliyəmmi?” - deyən Mask mesajında ​​qərara istifadəçilərin rəy verəcəyini bildirib.
 

Sfera.az xəbər verir ki, sorğunun sonunda istifadəçilərin 57,5%-i onun getməsinin tərəfdarı olub.
 

Sorğunun yayımlanmasından 20 dəqiqə sonra Mask: “necə deyərlər, nə arzuladığınıza diqqət edin, çünki bu gerçəkləşə bilər" yazıb
 

O, bəzi şərhlərə cavab da verib. "Bu, bir CEO tapmaq deyil, Twitteri yaşada biləcək bir CEO tapmaqdır" deyə yazıb və əlavə edib ki, hələlik heç kim bu işə başlamaq istəmir.
 

Maskın vəzifəsini kiməsə ötürüb-ötürməyəcəyini və bunun nə vaxt baş verəcəyi hələlik məlum deyil.
 

Bundan sonra Maskı ələ salanlar arasında ilk reper Snoop Dogg olub. O da öz sorğusunu keçirib.
 

"Twitterə rəhbərlik etməliyəmmi?" - deyə izləyicilərdən soruşub.
 

Qeyd edək ki, 2022-ci ilin oktyabr ayının sonunda Mask Twitter sosial şəbəkəsini 44 milyard dollara alıb. Lakin onun bu qısa müddətdə rəhbərlik vəzifəsində olması bir çox narazılığa səbəb olub.

 

Xanım

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR