İllər sonra \"Titanik\"lə bağlı ən çox müzakirə olunan sualı cavabladı

İllər sonra \

Dünyaca məşhur rejissor Ceyms Kemeron "Titanik" filmi ilə bağlı ən çox müzakirələrə səbəb olan sualı cavablayıb.

 

Sfera.az xəbər verir ki, rejissor gəmi batandan sonra hər iki baş qəhrəmanın sağ qala biləcəyi ilə bağlı fərziyələri təkzib edib. 

 

Onun sözlərinə görə, məsələ ilə bağlı müzakirələrdən sonra o, tibbi ekspertiza və filmin əsas personajları ilə eyni fiziki özəlliklərə malik iki kaskadyor işə götürüb. Mütəxəssislər filmdəki səhnəni yenidən yaradıblar. Həmçinin, kaskadyorları buzlu suyun içinə salıb, onlara xüsusi sensorlar qoyublar. Elmi eksperimentin məqsədi onların müxtəlif xilas üsulları ilə sağ qala bilib-bilmədiyini öyrənmək olub.

 

“Biz belə bir şəraitdə onların sağ qalıb-qala bilməyəcəyini yoxladıq. Cavab isə belə oldu: hər ikisi də sağ qala bilməzdi. Yalnız biri xilas ola bilərdi" deyə, Kameron əlavə edib.

 

Rejissorun sözlərinə görə, araşdırmanın nəticələri 2023-cü ilin fevralında nümayişi nəzərdə tutulan - “Titanik”in çəkilişlərindən bəhs edən sənədli filmdə təqdim olunacaq.

 

Qeyd edək ki, sözügedən ekran işinin baş rollarını aktyorlar Leonardo DiKaprio (Cek) və Keyt Uinslet (Rouz) canlandırıb. (Axsam).az


OXŞAR XƏBƏRLƏR