Logo

Berlində nəhəng akvarium partladı – İki nəfər yaralandı

Berlində nəhəng akvarium partladı – İki nəfər yaralandı
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Berlinin mərkəzində 15 metr hündürlüyündə olan və içində 1500-ə yaxın balığın yaşadığı nəhəng akvarium partlayıb.

Sfera.az xəbər verir ki, hadisə nəticəsində ən azı iki nəfər yaralanıb.

"Faunaya dəymiş inanılmaz zərərdən əlavə iki nəfər şüşənin partlaması nəticəsində yaralanıb",- deyə Berlin polisi Twitter-də bildirib.

İddialara görə, gecə mənfi 10 dərəcə səviyyəsinə enən dondurucu temperatur akril şüşə çəninin çatlamağına səbəb olub və suyun ağırlığı altında partlayış baş verib.

Nəzrin

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR