Tarixə adlarını qızıl hərflərlə yazmış və dünyanı gözəlləşdirən cəsur qadınlar

Tarixə adlarını qızıl hərflərlə yazmış və dünyanı gözəlləşdirən cəsur qadınlar

Cəsarətləri və əməlləri ilə tarixə adını yazmış və dünyamızı gözəlləşdirən güclü qadınları tanımaq istərdinizmi?

Sfera.az onlardan bəzilərini sizə təqdim edir.


Amelia Earhart

Açıklama yok.

Amerikalı aviator və yazıçı Amelia Erhart Atlantik okeanını hava yolu ilə keçən ilk qadın pilot olub. O, 1973-cü ildə uçuş zamanı yoxa çıxsa da, hələ də bir çox qadınlara nümunə olan güclü qadındır.

Roza Parks

Açıklama yok.

Amerikalı hüquq müdafiəçisi Roza Parks avtobusda oturarkən ağdərili bir insana yer vermədiyi üçün həbs olunub və bununla da Amerikanın tarixini dəyişdirəcək müqavimətə imza atıb. Onun irqçiliyin tüğyan etdiyi, insanların rənginə görə bir-birindən ayrıldığı və kənarlaşdırıldığı bir ölkədə belə bir müqavimətə öncülük etməsi tarixdə unudulmaz hadisələrdən biri olmuşdur.


Elizabet
 

Açıklama yok.

Teatr, ədəbiyyat, musiqi, memarlıq və daha bir çox sahədə dəyişiklik və inkişafa öncülük edən I Elizabeth - Patriarxal dünyanın qadın kraliçası kimi taxtda oturduğu 44 il ərzində İngiltərə qızıl dövrünü yaşayıb.

Harriet Tubman

Açıklama yok.

Abolisionist qəhrəman Harriet Tubman bütün həyatı boyu qulların azadlığı uğrunda mübarizə aparıb.


Anne Frank

Açıklama yok.

Adolf Hitlerin Nasist Almaniyasında yaşadıqlarını gündəliyinə yazan və gündəliyi bir çox dillərə tərcümə olunaraq oxunan 14 yaşlı Anna Frank dünyada baş verən bütün pisliklərə baxmayaraq ümidini itirməmiş və hər şeyə rəğmən gözəl dünyada yaşadığını düşünmüşdü.

Miep Gies

Açıklama yok.

O, Anne Frank və ailəsinə 2 il çardaqda gizlənməyə kömək edib, həyatını təhlükəyə ataraq Anne Frankın gündəliyini tapıb sonra atasına vermək üçün saxlayıb.


Helen Keller

Açıklama yok.

Təsəvvür edin ki, qaranlıq və sakit bir dünyada yaşayırsınız.
Bu, Helen Kellerin həyatdakı yeganə həqiqəti idi. O, qızdırmalı xəstəlikdən görmə və eşitmə qabiliyyətini itirib və danışa bilməyib, lakin Helen təslim olmayıb. O, bütün çətinliklərlə mübarizə apararaq məşhur yazıçı, fəal və pedaqoq olub.


İrena Sendler

 

Açıklama yok.

Həyatı bahasına 2500 uşağı faşist Almaniyasından xilas edən İrena Sendler qolları və ayaqları sındırılaraq ölümcül döyülsə də, uşaqların adlarını gizli saxlayıb. Uşaqları ailələrinə qovuşdurmaq üçün kağıza uşaqların adlarını yazıb, şüşə qoyub ağacın altına basdırıb.

 

Aysel


OXŞAR XƏBƏRLƏR