110 uşağın ölümünə səbəb olmuş ən qorxulu karnaval

110 uşağın ölümünə səbəb olmuş ən qorxulu karnaval

Valletta Karnavalı təxminən beş əsrdir ki, Maltada keçirilir.
 

Pasxa bayramında ət və ət məhsullarının 40 gün qəbul edilmədiyi Oruc ayının ilk günündən Kül çərşənbəsinə qədər davam edən karnaval ilk dəfə 1535-ci ildən qeyd olunur.

 

Dünyanın ən mühüm dini karnavallarından biri olan Valletta öz adını cəngavər Jean de Vallettadan almışdır.



Malta Cəngavəri Jan de Valletta Osmanlının adaya qarşı hücumlarına müqavimət göstərən mühüm döyüşçülərdən biri idi. Ona görə Maltanın paytaxtı da Valletta adlanır. Karnaval da bu cəngavərin adını daşıyır. Bundan əlavə, Valletta Karnavalı Maltanın Osmanlıları dəf etməsindən sonra adanın dəyərinin artması ilə daha da əhəmiyyət qazanır və dünyaca məşhur bir karnavala çevrilir.


Açıklama yok.

1800-cü illərdə adada elə bir aclıq hökm sürüb ki, karnavalda yemək paylanıb



Malta 1800-cü illərin birinci yarısında Britaniya hakimiyyəti altında idi və iqtisadi cəhətdən mübarizə aparırdı. Karnavalda uşaqlara və kasıblara yemək paylamaq ənənəsinə start verilib.


Yeməklər karnaval ərazisindən uzaq bir monastırda paylanıb.

Açıklama yok.


İndi İsanın Müqəddəs Məryəminin Fransiskan Kilsəsi və ya Ta Ġieżu kimi tanınan monastır Valletta Minori Osservanti monastırı idi.


Lakin 1823-cü il fevralın 11-də böyük bir faciə baş verir.

 

Açıklama yok.

1823-cü ildə karnavalın son günü 11 fevralda hələ də monastırda çörək paylanacaqdı. Böyüklər və uşaqlar monastırda bir yerdə idilər, lakin böyük izdiham yaranır.
Böyüklər uşaqları zirzəmiyə tərəf itələyir, xidmətçilər isə qapıları bağlayırlar.

İçəri o qədər sıxlıq olub ki, böyüklər qarınlarını doydurmaq üçün sanki yarışa girublər. Çoxlu uşaq yerə yıxılarkən böyüklər sürətlə çörəyin paylandığı zirzəmiyə tərəf tələsiblər. Monastırın qulluqçuları da hamının bir tikə çörək almasını təmin etmək üçün qapıları bağlayıb. Beləliklə, hamı içəridə kilidli vəziyyətdə qalıb.
Zirzəminin dəhlizini yalnız bir lampa işıqlandırırdı…

Açıklama yok.
Qarşıdurma zamanı o çıraq da sönür və birdən-birə çaxnaşma bütün ətrafı bürüyür. Hamı qapının astanasına tələsir, çölə çıxmağa çalışırdı. Qışqırıqlar arasında iki uşaq pilləkənlərdən yıxılaraq həyatını itirib.


Yaşı 15-dən aşağı olan 110 uşaq isə əzilərək öldürülüb...



Ən acınacaqlısı isə hər şey cəmi 20 dəqiqə çəkib və hələ rəsmi qeydlərə görə, 110 uşaq əzilərək ölüb. Bu uşaqların hamısının yaşı 15-dən aşağı idi. Bəzi mənbələrə görə isə ölən uşaqların sayı 150-yə çatıb.



Həmin gün o qədər səhvlərə yol verilib ki, uşaqların ölümünə görə heç kim məsuliyyət daşıya bilməzdi. Nəticədə heç kim cəzalandırılmayıb.



Bu karnaval isə tarixin daha bir acı və utanc səhifəsinə çevrilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR