Ölüm yaşına qədər bir çox bilmədikləriniz - Göbək quruluşunuz sizin haqqınızda nə deyir?

Ölüm yaşına qədər bir çox bilmədikləriniz - Göbək quruluşunuz sizin haqqınızda nə deyir?

“Omfilomansiya” adlı bir nəzəriyyəyə görə, insanın sadəcə göbəyinə baxmaqla onun haqqında çox şey demək olar.



Sfera.az bildirir ki, “TheSun” bu maraqlı araşdırma haqqında ətraflı məlumat təqdim edib.



Təəccüblü səslənsə də, göbək quruluşunuz doğumdan ölümə qədər bizə aid olan çox şeydən xəbər verir.


Göbəkdəki bu kiçik və ya böyük dəliyin forması, göbək bağının kəsildikdən sonra nə qədər tez sağalması ilə əlaqədardır və bu, həyatınız boyu bizimlə qalmaqla yanaşı, şəxsiyyətimiz haqqında da məlumat verə bilir.
 

“Omfilomansiya” adlı nəzəriyyəyə görə, insanların göbəklərinin formasına baxaraq onlar haqqında məlumat vermək mümkündür. Əgər Çin mifologiyasına inanırsınızsa, göbəyiniz gələcəkdə neçə uşağınız olacağını belə deyə bilərmiş.
 

Alman psixoloqu Dr Gerhard Reibmannın fikrincə, nə qədər yaşayacağınızı da göbək quruluşuna əsasən demək olar.
 

Təbii ki, bu fikri dəstəkləmək üçün hələ heç bir elmi araşdırma aparılmayıb. Amma mifologiyaya inanırsınızsa, göbək quruluşu ilə bağlı çox şey öyrənə bilərsiniz.

 

Görək, göbək quruluşları nə deyir?


1. Çıxıntılı göbək quruluşu

Açıklama yok.


Çıxmış göbək quruluşu sizin güclü, ekstravert və optimist olduğunuzu göstərir. Bunların xaricində diqqət mərkəzində olmağı və istədiyinizi əldə etməyi sevən inadkar bir xarakteriniz var.

Ətrafınızdakı insanların hiss və düşüncələrinə çox əhəmiyyət verirsiniz və hətta bu düşüncələrdə ilişib qalırsınız, ona görə də bəzən bir əlaqəyə başlamaq çox vaxt tələb edir, amma bir dəfə cəhd etdikdən sonra onlar uzunmüddətli olur.

Orta ömür: 72 il


2. Dərin və yuvarlaq göbək

Açıklama yok.
 

Bu göbək quruluşu olan insanların daha təvazökar, soyuqqanlı və böyük ürəyə sahib olduğu, həmçinin utancaq olduğu düşünülür.
 

Bədbəxtliklərini, pis şeyləri yaxınlarına, dostlarına danışmaqdan çəkinir və onları yormaq istəmirlər.

 

Orta ömür: 81 il


3. Şaquli və yumurtavari göbək quruluşu

Açıklama yok.
 

Bu göbək forması dar və incə olur. Çox vaxt özünə güvənən, səxavətli və emosional cəhətdən sabit insanlarda rast gəlinir.
 

Orta ömür: 75 il


4. Üfüqi göbək quruluşu

Açıklama yok.

Üfüqi göbəkləri olan insanlar çox vaxt emosional cəhətdən mürəkkəbdirlər.
 

İnsanlara asanlıqla etibar etmirlər və etibar etdikləri insanlar onlar üçün çox şey deməkdir. Onların həyatda məqsədlərindən biri ətrafdakı insanları sağaltmaqdır.

Orta ömür: 68 il



5. Göbək dəliyi mərkəzdən kənara çıxırsa


Açıklama yok.

Bu fərqli göbək quruluşuna sahib insanlar adətən əylənməyi sevirlər, özünəməxsus quruluşa malikdirlər və xoş insanlardır.

Orta ömür: 70 il


6. Oval göbək quruluşu

 

Açıklama yok.

Yumurtaya bənzəyən oval göbəkləri olanlar adətən hiperaktiv və həddindən artıq emosional olurlar. Ətraflarında baş verən hər şeyi çox ciddi qəbul edirlər və bu, onların asanlıqla yaralanmasına səbəb olur.
 

Çox səbirsizdirlər və tez yorulmağa meyllidirlər.

 

Orta ömür: 65 il

 

Aysel


OXŞAR XƏBƏRLƏR