COVID-19-a yoluxmayanların sirri illər sonra ORTAYA ÇIXDI - "SUPER QAN"

COVID-19-a yoluxmayanların sirri illər sonra ORTAYA ÇIXDI - 

Bəzi insanlar niyə COVID-19-a yoluxmur?

 

Epidemiya başlayandan bəri dünya bu suala cavab axtarır. ABŞ-dan gələn xəbərlər bu sualı yenidən elm dünyasının gündəminə gətirib.

 

Sfera.az Musavat.com-a istinadən xəbər verir ki, ABŞ alimləri Corciya ştatında yaşayan 56 yaşlı Con Hollisin bədənində koronavirusun bütün məlum variantlarına qarşı immun olduğunu aşkar ediblər.

 

Hollis üzərində araşdırma aparan qrup müşahidə edib ki, onun qanı 10 min dəfə seyrəldildikdə belə, koronavirusu 90 faiz məğlub edir. Bu vəziyyət mütəxəssislər tərəfindən “super qan” adlandırılıb.

 

Məlumata görə, COVID-19-a qarşı dünyanın ən güclü adamı kimi tanan Hollis virusun daha güclü variantlarına qarşı da immunitetə ​​malikdir və elm adamları onun “fövqəl gücünün” SARS-a belə qalib gələcəyini düşünürlər.

 

Alimlər bildirirlər ki, hər 100 nəfərdən birində virusa qarşı tam immunitet yarana bilər. Bəs koronavirusa yoluxmayan şanslı insanların sirri nədir?

 

İngiltərənin aparıcı təhsil ocaqlarından biri olan Oksford Universitetində aparılan araşdırmalar bu suala cavab tapmış ola bilər.

 

Nəticələri ötən həftələrdə ictimaiyyətə açıqlanan araşdırmaya görə, alimlər müəyyən qədər mutasiyaya malik insanlarda peyvənd olunduqdan sonra daha çox antikor reaksiyası yarandığı qənaətinə gəliblər.

 

Araşdırmaya görə, hər 10 adamdan 3-də HLA-DQB1*06 kimi tanınan gen var və sözügedən gen COVID-19 peyvəndlərindən sonra insanlarda daha çox antikor əmələ gəlməsinə səbəb olur.

 

Başqa sözlə desək, bu geni daşıyan insanlar peyvənddən sonra daha intensiv müdafiəyə malik olduqları üçün virusa yoluxmurlar.

 

Tədqiqat çərçivəsində elm adamları Pfizer-BioNTech və ya Oxford-AstraZeneca peyvəndinin ilk dozasını alan 1600 yetkin insanın qan nümunələrini araşdırıb. Komanda sözügedən genə sahib olanların qanında daha çox antikor olduğu qənaətinə gəlib.

 

Araşdırmanın nəticələri Nature Medicine jurnalında dərc olunub.


OXŞAR XƏBƏRLƏR

BƏƏ-yə uçan reyslər Bakı hava limanına yönləndirilib

Birləşmiş Ərəb Əmirlikləri istiqamətində hərəkət edən iki reys, İran ərazisi üzərində hava məkanının müvəqqəti məhdudlaşdırılması səbəbindən marşrutunu dəyişərə...

Rusiyada azərbaycanlı iş adamı belə həbs edildi- ANBAAN VİDEO

Voronejdə azərbaycanlı sahibkar Yusif Xəlilov həbs edilib.   Sfera.az xəbər verir ki, bu haqda “Report” məlumat yayıb.   Y.Xəl...

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO

Rusiyada daha bir azərbaycanlı iş adamı saxlanılıb. Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları video görüntülə yayıb. Gö...

Rusiyada daha bir azərbaycanlının həbs müddəti uzadıldı

Yekaterinburq məhkəməsi iyunun 27-də saxlanılan daha bir azərbaycanlı barəsində qərar çıxarıb.   Sfera.az xəbər verir ki, məhkəmə Əhliman Gənciyevin ...

Attestasiya imtahanından keçməyən müəllimlərə ŞAD XƏBƏR

Attestasiya imtahanından keçməyən bəzi müəllimlərin aqibətinə aydınlıq gətirilib.   Bu barədə mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov jurnalist...

Xaçmazda yeniyetmə anasını qətlə yetirdi

Xaçmaz rayonunun Qadaş oba kəndində qətl hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət ...