Braziliya serialı yaxud Hind kinosu deyil, real hadisələrdir - Qəribə və maraqlı Əkiz hekayələri
Dünyada bir çox insan var ki, onlar doğulduqdan sonra başqa ailələr tərəfindən övladlığa götürülüb və bir-birindən ayrılmalı olublar. Kənardan baxanda “Hə, nolsun?" deyə bilərsiniz, amma bəzilərinin elə hekayələri var ki, hadisəni tamamilə yeni müstəviyə daşıyır.
Sfera.az sizi qeyri-adi hekayələri ilə təəccübləndirəcək əkiz hekayələri təqdim edir.
1. Xorxe və Karlos Bernal Kastro və Uilyam və Uilber Kanas Velasko
Kolumbiyalı əkizlərin hekayəsi olduqca maraqlıdır. Xəstəxanada doğuşdan sonra başqa əkiz tayları ilə qarışan və bir-birindən ayrılmalı olan əkizlər 2013-cü ilə qədər bu hadisənin necə olduğunu bilməyiblər. Xorxe Kastronun dostu alış-veriş üçün şəhərə gedir. Piştaxtanın arxasında dayanan şəxs onu heyrətə gətirir, çünki o, dostu Xorxenin eynisi olur O, adının Uilyam Velasko olduğunu öyrəndiyi bu gəncə dostunun fotosunu göstərir və bunun adi bir oxşarlıqdan daha çox olduğu ortaya çıxır.
Amma işlər bununla bitmir, getdikcə daha maraqlı olur.
Uilyamın Wilbur adlı bir qardaşı da var və Wilbur da nədənsə elə Xorxenin qardaşı Karlosa bənzəyir. Hər iki ailənin əkiz uşaqları olub, uşaqlar doğuşdan sonra qarışdırılıb. Ailələr özləri də bilmədən, bir-birilərinin uşaqlarını böyüdüblər. Həqiqəti öyrənən əkizlər bir araya gəlir və dördü də bir-birini qardaş kimi qəbul edir. Birlikdə bütün bir ailə olurlar. Kastro və Velasko qardaşları, həqiqətən xoşbəxt sonluqla bitən hekayələrinin nadir nümunələridir.
2. James Springer & James Lewis
Ohayo ştatında bir uşaq evində yaşayan və 4 həftə ara ilə fərqli ailələr tərəfindən övladlığa götürülən əkizlərin hekayəsi çox qəribədir. Övladlığa götürən ailələr uşaqlara Ceyms adını verirlər. Ceymsin hər ikisinin ilk həyat yoldaşının adı Lindadır. Ceyms əkizləri boşandıqdan sonra yenidən evlənirlər və bu dəfə də hər ikisinin həyat yoldaşının adı Bettidir.
Oxşarlıqlar bununla da məhdudlaşmır...
Əkizlərin hər birinin iki oğlu var və adları Ceyms Alan və Ceyms Allandır. Onların hər ikisinin Toy adlı iti var və eyni təhsil alıb şerif olub. Ceyms qardaşları 39 yaşında yenidən bir araya gəlirlər və o vaxta qədər bir-birlərinin nələr yaşadıqlarından xəbərləri yoxdur.
3. Daphne Goodship & Barbara Herbert
Finlandiyada doğulmuş eyni əkizlər Daphne və Barbara analarının intiharından sonra uşaq evinə göndərilir və iki fərqli ailə tərəfindən övladlığa götürülür. Kiçik körpə ikən bir-birindən ayrılmalı olan və İngiltərəyə aparılan əkizlər əkiz olduqlarından xəbərsiz olaraq 40 yaşına qədər yaşayırlar. Onların oxşarlıqları təkcə fiziki görünüşləri ilə məhdudlaşmır, taleləri də maraqlı şəkildə oxşardır.
Hər ikisi eyni yaşda məktəbi yarımçıq qoyur, eyni yaşda evlənəcəkləri insanlarla tanış olur və eyni aylarda hamilə qalırlar.
Onların hər ikisinin bir qızı və iki oğlu var, hər ikisi eyni dövlət işlərində çalışırlar və qəhvə seçimlərinə görə bir-birinə bənzəyirlər. Onların ən gülməli oxşar cəhəti, görüşə gəldikləri gün eyni paltarı geyinmələridir. Gülən əkizlər kimi tanınan Daphne və Barbara yumor hissi və eyni vaxtda gülüşləri ilə tanınıblar.
4. Adriana Scott & Tamara Rabi
Meksikada doğulan və övladlığa götürən ailələri ilə birlikdə Nyu Yorka aparılan əkizlərin qarşılaşma hekayəsi serial ssenarisindən fərqlənmir. Biri katolik, digəri yəhudi olaraq böyüyən əkizlər, fərqli həyat tərzlərinə baxmayaraq, inanılmaz oxşarlıqları bölüşürlər. Eyni məktəbdə taleləri kəsişən gənc qızlar uzun müddət bir-birinin fərqinə varmırlar. Amma məktəbdə qəribə şeylər olur...
Tanımadığı insanlar onlara çox yaxın dost kimi salam verir və söhbətə başlayırlar.
Bir müddət sonra hadisənin üstü açılır: məktəbdə onlardan biri də var!
Belə bir oxşarlığın təsadüf olmadığını düşünərək araşdırmaya başlayırlar və həqiqətən də əkiz olduqlarını öyrənirlər. Onların bir-biri ilə əlaqəsi eyni pizzanı sevmələrindən də qat-qat dərindir.
Hər ikisi də ən xırda detallara qədər uşaqlarla eyni yuxuları görürmüş.
5. Elyse Schein & Paula Bernstein
Bu əkizlərin hekayəsi olduqca qəribədir. Çünki onlar öz istəklərinə zidd olaraq sosial eksperimentin bir hissəsi olmağa məcbur olublar. Fərqli mühitlərdə yaşayan və fərqli ailələr tərəfindən böyüdülən eyni əkizlərin inkişafını müşahidə etmək üçün edilən bu təcrübə səbəbiylə 35 il ayrı qalan Paula və Elyse 2004-cü ildə yenidən bir araya gəldi.
Fərqli həyatlarına baxmayaraq, əsasən eyni iki insan...
Yenidən birləşdikdən sonra bir-birlərinə inanılmaz dərəcədə bənzədiklərini kəşf edirlər. Hər ikisi məktəb qəzetində redaktor işləyir, kino şöbəsində oxuyur, yazıçı olur və Bruklində yaşayırdılar.
Bununla belə, onlar görünən fərqləri də olub.
6. İndiyə qədər haqqında danışdığımız hekayələrin ən faciəlisi adları gizli saxlanılan ingilis əsilli əkizlərdir. İlk tanış olduqları andan şüursuzca özlərinə qapandığını hiss edən bu əkizlər bir-birlərinə aşiq olur və evlənməyə qərar verirlər və təəssüf ki, yalnız həftələrdən sonra qardaş-bacı olduqlarını öyrənirlər.
Onların başına gələnlər mətbuatda öz əksini tapsa da, adları açıqlanmır.
Bu hadisədən sonra Britaniya parlamentinin bəzi üzvləri məsələni parlamentə çıxarıb və övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi və doğum haqqında şəhadətnamələrə ətraflı genetik məlumatların daxil edilməsinin zəruriliyi ilə bağlı kampaniyaya start verilib.
Gördüyünüz kimi bu əkizlərin başına gələnlərin klassik Hind kinosu ssenarilərindən heç bir fərqi yoxdur. Nə demək olar…
Aynil