Kameron Diaz və Keyt Uinslet 17 ildən sonra ilk dəfə bir arada

Kameron Diaz və Keyt Uinslet 17 ildən sonra ilk dəfə bir arada

50 yaşlı aktrisa Kemeron Diaz, 47 yaşlı aktrisa Keyt Uinslet, 49 yaşlı aktyor Cud Lou və 53 yaşlı aktyor Cek Blek “The Exchange Vacation” adlı kult filmin davamını çəkməyə razılaşıb.



Sfera.az bildirir ki, bu barədə “The Sun” məlumat yayıb.



Çəkilişlərin gələn il başlanması gözlənilir. Səhnələr Böyük Britaniyada, eləcə də bir sıra başqa ölkələrdə çəkiləcək.



Bu, öz növünün ən uğurlu filmlərindən biridir və hələ də hər il dünyada milyonlarla pərəstişkarı tərəfindən bəyənilir. Çəkiliş 70 milyon funt-sterlinqə başa gələcək, lakin film hələ ekran üzü görmədən əvvəl 200 milyon funt-sterlinqdən çox gəlir əldə edib.


Çəkiliş heyətindən əldə edilən məlumata əsasaən film gülməli, və təsirli olacaq - məhz Milad bayramında hamının istədiyi şey.


Xatırladaq ki, baş rolu Keyt Uinsletin canlandıracağı məşhur fotojurnalist Li Miller haqqında filmin çəkilişlərindən ilk fotolar da təqdim edilib.
 

Hollivud aktrisası Kemeron Diaz uzun müddətdir ki, filmlərdə çəkilmir və nadir hallarda çölə çıxır. Lakin ötən gün məşhur ulduz həyat yoldaşı Benci Maddenlə birlikdə Londondakı “Sparrow Italia” restoranında görüşə gedərkən paparassilərin kadrına düşüb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR