“Avatar” yenidən ekranlara qayıdır

“Avatar” yenidən ekranlara qayıdır

Dekabrda aktrisa Zoe Saldananın yenidən baş rolda çəkiləcəyi çoxdan gözlənilən "Avatar" elmi-fantastik filminin ikinci hissəsinin premyerası olacaq.
 

Sfera.az bildirir ki, 44 yaşlı amerikalı aktrisa bu səbəbdən müxtəlif proqramlarda fəal iştitak edir və yeni layihəni təbliğ etmək üçün müsahibələr verir.
 

Zoe “Despierta America” ("Wake Up America") proqramına qatılmaq üçün Mayamiyə gedib. İspan ailəsində böyüdüyü üçün aktrisa ispan dilini mükəmməl bilir.
 

Ulduz müsahibə üçün Michael Kors brendindən blazer, top və ətəyi yarıqlı ağ kostyum seçib.


Kombin dabanlı sandalet, saat və bəzi Cartier zinət əşyaları ilə tamamlanıb.


Xatırladaq ki, 44 yaşlı aktrisa Zoe Saldananın çox gərgin iş qrafiki var. Çünki onun iştirakı ilə bu yaxınlarda “Taste for Life" adlı romantik serial yayımlanıb. Bundan əlavə, "Avatar" filminin ikinci hissəsinin premyerası dekabrda planlaşdırılır. “Avatar” yenidən ekranlara qayıdır.

Açıklama yok.


OXŞAR XƏBƏRLƏR