Xalq artisti Emindən oğullarına doğum günü TƏBRİKİ - FOTO
Kateqoriya məlum deyil
Xalq artisti Emin Ağalarov əkiz övladları Əli və Mikayıl ilə bağlı paylaşım edib.
Sfera.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında oğlan övladları ilə çəkilmiş bir neçə fotolarını izləyiciləri ilə bölüşərək, onları doğum günü münasibəti ilə təbrik edib.
Emin yayımladığı şəkillərə "Doğum günün mübarək Əli və Mikayıl. Xoşbəxt olun. Hər zaman sizin yanınızdayam. Leyla, övladlarımıza görə çox sağol" şərhini yazıb.
Qeyd edək ki, E.Ağalarovun Əminə və Afina adlı daha iki qız övladı var.









