Gələn il bu şəhərlərdə lüks evlər BAHALAŞACAQ - SİYAHI

Gələn il bu şəhərlərdə lüks evlər BAHALAŞACAQ - SİYAHI

Gələn il lüks evlər bazarında ən yüksək qiymət artımı Dubayda olacaq. 


Sfera.az “Bloomberg”ə istinadən xəbər verir ki, bu haqda proqnozu “Knight Frank” beynəlxalq daşınmaz əmlak şirkəti açıqlayıb. 


Proqnoza əsasən, 2023-cü ildə Dubayda lüks evlər illik 13,5 faiz bahalaşacaq. 


Dubay çoxlu super zəngin alıcıları cəlb etməsi ilə məşhurdur. Şəhərin gələn il daha çox zəngini cəlb edəcəyi proqnozlaşdırılır.


Premium daşınmaz əmlak bazarında ikinci ən böyük qiymət artımının ABŞ-ın Mayami şəhərində olacağı təxmin edilir. Burada bahalaşma 5 faiz olacaq.


Araşdırmaya görə, 25 şəhərin daxil edildiyi siyahıda London və Seul sonuncu yerdə qərarlaşıb. Hər iki böyük şəhərdə qiymətlərin 3 faiz enəcəyi gözlənilir. Nyu-York 2 faiz qiymət artımı ilə siyahının ortasındadır.


“Knight Frank”ın proqnozuna əsasən, 2023-cü ildə dünyanın 25 ən böyük şəhərində bahalı daşınmaz əmlak qiymətləri orta hesabla 2 faiz artacaq. 2022-ci il üçün bu rəqəm 5,2 faiz təşkil edib.


Vasif
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR