\"Astronavtlar Ayda yaşayıb işləyəcəklər\" - NASA

ABŞ Milli Aeronavtika və Kosmik Agentliyin (NASA) rəsmisinin sözlərinə görə, cari onilliyin sonuna kimi astronavtlar Ayda yaşayıb işləyəcəklər.
Sfera.az xəbər verir ki, NASA-nın "Orion" Ay kosmik gəmisinin proqram meneceri Hovard Hu 2030-cu ilin sonuna qədər insanların roverlərlə Ayda aktiv ola biləcəyini söyləyib.
“Əlbəttə, bu onillikdə bizdə Ayda uzun müddət yaşayan insanlar olacaq. Onların yaşayış yerləri, roverləri olacaq. Onlar Ayın səthində yaşayıb elmlə məşğul olacaqlar”,- ekspert BBC-nin efirində bildirib.
Xatırladaq ki, noyabrın 16-da səhər saatlarında NASA “Orion” kosmik gəmisini super ağır raketlə (Space Launch System) Aya göndərib.
"SLS" super ağır raketinin və "Orion" kosmik gəmisinin buraxılması "Artemis 1" missiyasının bir hissəsidir. 2024-cü ildə isə "Artemis 2" missiyası planlaşdırılır və bu missiya zamanı dörd astronavt Ay ətrafında uçacaq. Bundan başqa "Artemis 3" missiyası 2025-ci ilə planlaşdırılıb və bu müddət ərzində astronavtlar Ayın səthinə enməlidirlər.
İnci