Xeyirxah iş adamından kabusa çevrilən qatil - Kloun Poqonun Hekayəsi + FOTOLAR

Xeyirxah iş adamından kabusa çevrilən qatil - Kloun Poqonun Hekayəsi + FOTOLAR

Klounlardan qorxanlar o qədər də yanılmırdı…

 

John Wayne Gacy 1942-ci ildə Çikaqoda işçi sinfi bir ailənin yeganə oğlu olaraq anadan olub. Anası və bacıları ilə münasibətləri həmişə yaxşı olub. Amma spirtli içki aludəçisi olan atasının daim zorakılığına və təzyiqinə məruz qalıb. Hətta atası onu günahlandırıb, fiziki şiddət göstərər deyə dəfələrlə ailə dostu tərəfindən cinsi qısnama və zorakılığa məruz qaldığını heç vaxt açıb deyə bilməyib. O, 11 yaşında ikən başını oyun meydançasında vuraraq yaralamışdı. Bu hadisə ilə bağlı beynində əmələ gələn qan laxtası 16 yaşında aşkar edilərək müalicə olunana qədər onda tez-tez qısamüddətlik hafizə pozğunluğu yaranırdı. 14-18 yaş arasında səhhətində yaranan problemə görə ümumilikdə 1 il xəstəxanada yatıb.

 

Bu səbəbdən o, 4 dəfə məktəb dəyişib və nəticədə orta məktəbi bitirmədən Çikaqonu tərk edib. Köçdüyü Las Veqasdakı meyitxanada işləməyə başlamışdı. Gecə qaldığı meyitxanada bir tabutda kişi meyitinin yanında uzandığını görəndə şoka düşmüşdü və bu, onun üçün əslində oyanış idi. Normal həyat qurmaq ümidi ilə biznes təhsili almaq üçün Çikaqoya qayıdır və evlənir. O, qayınatası tərəfindən idarə olunan KFC-də menecer kimi işə başlayıb. Yaxşı pul qazanırdı və iki övladı var idi. Onun həyatı öz yolunda idi. O, gənclərə bələdçilik edən xeyriyyə işində də fəal iştirak edib, buradakı hərəkətləri ilə cəmiyyətdə hörmətli bir ada çevrilib. Amma işçini zorla münasibətdə olmağa cəhd etdiyi üçün 18 ay həbs cəzası alması hər şeyi alt-üst etməyə kifayət etdi. Bu müddətdə həyat yoldaşı onu tərk etdi və o bir daha uşaqlarını görmədi. Həbsxanadan çıxanda yenidən normal imic formalaşdırma planını işə saldı.

 

O, yenidən biznesə başlayıb, ev alıb, yenidən ailə qurub, yenidən xeyriyyə işləri ilə məşğul olub. Ehtiyacı olan uşaqları işlətdiyi tikinti şirkətində yenidən yaxşı qazanc əldə etməyə başlayıb, boş vaxtlarında kloun qiyafəsində xəstə uşaqları əyləndirib.

 

O, Kloun Poqo kimi tanınır və sevilirdi. Cinayət keçmişini gizlətməklə o, yenidən cəmiyyətdə məşhur xeyriyyəçiyə çevrildi. Ancaq qeyri-adekvatlığı və gey jurnallarına aludə olması səbəbindən ikinci evliliyi də qısamüddətli oldu. Ancaq boşanma onun üçün kiçik bir problem idi, çünki artıq daha böyük problem içində idi. 1978-ci ildə itkin uşaq xəbərini araşdıran detektivlər, Gacynin uşağı görən sonuncu şəxs olduğunu müəyyən etmişdilər. Keçmiş cinayəti də aşkar edildikdən sonra o, bir nömrəli şübhəliyə çevrildi. Onun evində aparılan araşdırmalarda son illər itkin düşmüş bəzi gənclərin əşyaları tapıldıqdan sonra xilas olması mümkün olmayıb. Dindirilmə zamanı o, yaşadığı evin ərazisində basdırılmış meyitlərin olduğunu etiraf edib. Hadisə dərhal milli məsələyə çevrildi. Ərazidə qazıntı işləri bir aydan çox çəkdi və gecə-gündüz televiziya ilə yayımlandı. Bütün Amerika dəhşətə gəlmişdi. Bu dəhşət sonradan bütün dünyada insanların klounlardan ehtiyat etməsinə səbəb olacaq qədər hər kəsin kabusuna çevrilmişdi.

 

Qazıntılar zamanı 28 gəncin meyiti tapılıb. Bundan başqa, onun öldürdüyü 5 nəfərin cəsədi yaxınlıqdakı göldə aşkar edilib. Gacy 6 il ərzində 33 nəfəri öldürmüşdü. Etirafında o, davamının ilk qətlindən aldığı zövqdən sonra gəldiyini deyirdi. Birincisi səhər yeməyi hazırlayaraq onu oyatmağa gələn gəncin əlindəki bıçağın hücum üçün nəzərdə tutulduğunu düşünməsi olub. Qurbanların əksəriyyəti yeniyetmələr və ya onlar üçün işləyən seks işçiləri idi. Əllərinə qandal vurub, zorlayıb, işgəncə ilə öldürüb, onlara qandaldan necə çıxacağını göstərəcəyini deyib. Məhkəmədə ruhi xəstə olduğunu iddia etsə də, ölüm hökmünün qarşısını ala bilməyib.

 

O, edamdan əvvəl 14 il həbsxanada yatmış və bu müddət ərzində onun qədər məşhurlaşacaq Kloun Poqonun öz portretini çəkmişdi. 1994-cü ildə öldürücü inyeksiya ilə edam edilən dəhşətıi qatilin son yemək istəyi qızardılmış toyuq əti, kartof qızartması, karides, kola və çiyələk, son istəyi isə “belimi öpün” olub.


OXŞAR XƏBƏRLƏR