Heç kim bunu gözləmirdi - “Netflix”dən tarixi həmlə

Heç kim bunu gözləmirdi - “Netflix”dən tarixi həmlə

Bu il 1 milyon abunəçisini itirən onlayn serial və film platforması “Netflix” üzvlərinin sayını artırmaq üçün qollarını çırmayıb.
 

Sfera.az xarici mətbuata istinadən bildirir ki, son zamanlar abunə sayında sürətlə azalma yaşayan “Netflix” tarixi bir addım atıb.

 

Canlı yayımlanacağını açıqlayan “Netflix” bu tarixi yayım üçün son Oskar Mərasimində qalmaqal yaşamış məşhur komediya ustası Chris Rock ilə müqavilə imzalayıb.
 

ABŞ-da yerləşən platforma canlı yayım üçün Chris Rock ilə işləyəcəyini açıqlayıb. Platforma Rok şousunun 2023-cü ilin əvvəlində yayımlanacağını bildirib.


Qalmaqallı komediya ustası Chris Rock “Netflix”in ilk canlı yayımını edəcək
 

“Netflix”in stand-up və komediya üzrə vitse-prezidenti Robbie Praw:


"Kris Rok bizim nəslin ən məşhur və görkəmli komediya sənətçilərindən biridir. Biz bütün dünyanın Kris Rok komediyasını canlı izləyə biləcəyinə görə həyəcanlıyıq. “Netflix” tarixinin bir parçası olun. Bu, unudulmaz bir andır. Krisin məşəli daşımasından şərəf duyuruq”-deyə açıqlama verib.


Platformanın canlı şousundan başqa, onun canlı yayımlanan idman tədbirləri üçün də müsahibələr verdiyi bildirilib. “Netflix”in Avropada tennis matçları üçün təklif etdiyi, Amazon və Apple ın isə idman yayım hüquqlarını almağa başladığı da iddia edilib.
 

“Amazon Prime” qismən futbola, “Apple” isə keçən mövsüm beysbol liqa oyunlarına ev sahibliyi edib.
 

Düşən istifadəçilərin sayını artırmaq üçün addımlar atan “Netflix”in Chris Rocku seçməsi diqqət çəkib.

Açıklama yok.

Xatırladaq ki, Rok Oskar Mükafatı Mərasimində qalmaqalla üzləşmiş və bu hadisə həftələrlə dünya mətbuatında işıqlandırılmışdı.

2022-ci il Oskar Mükafatının təqdimetməsi zamanı səhnəyə çıxan məşhur komediya ustası Uill Smitin həyat yoldaşı Jada Pinkett-Smith saçlarını qırxdırması haqqında zarafat edib onu Pinkett-Smith G.I.Ceyni adlandırmışdı.




Will Smith əvvəlcə zarafatyana gülsə də, arvadının reaksiyasını görəndə səhnəyə çıxıb və hamının gözü qarşısında Roka sillə vurub. Hadisədən sonra Smith 10 il müddətinə Akademiyadan uzaqlaşdırılıb və bəzi layihələrini itirmişdi.Açıklama yok.

 

“Netflix” tarixində bir ilk olan buraxılış 2023-cü ilin əvvəlində nümayiş etdiriləcək. Smithlə baş verən sillə olayı ilə bağlı mətbuata heç vaxt ətraflı açıqlama verməyən Rock sentyabr ayında şouların birində “İnsanlar məndən bu cəfəngiyyatı ağzıma almağı gözləyirlər. Lakin indi danışmayacağam, mən bunu “Netflix”də bölüşəcəm”-deyib.

 

Aynil
 


OXŞAR XƏBƏRLƏR

ABŞ bu sahədə Çinə uduzacaq: "Üstünlüyümüz uzun sürməyəcək”

“OpenAI”nin baş direktoru Sam Altman ABŞ Senatında verdiyi açıqlamada Amerikanın süni intellekt (SI) sahəsindəki liderliyinin Çin qarşısında davamlı...

Metro və dəmir yolundan istifadə edənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Böyük şəhərlərin dayanıqlı inkişafında relsli nəqliyyat - metro və dəmir yolu sistemləri ən effektiv həll yollarından biri sayılır.   Sfera.az x...

Nə üçün Bakını ziyarət edək? - "Forbes" Azərbaycandan yazdı

ABŞ-nin məşhur “Forbes” iqtisadi jurnalında Bakı haqqında məqalə-reportaj dərc olunub.   Sfera.az xəbər verir ki, yazıda Bakının tarixi, ...

Azərbaycanlı aktrisadan cəsarətli paylaşım – FOTOLAR

Türkiyədə yaşayan tanınmış aktrisa Nəsrin Cavadzadə yenə də diqqətləri üzərinə çəkməyi bacarıb. Aktrisa bu dəfə başdan-ayağa transparan libas seçimi ilə gündəmə...

Rusiya-Ukrayna müharibəsində dönüş olacaq?: "Zaman bu ölkənin xeyrinə işləyir"

Ukrayna və Rusiya prezidentlərinin danışıqlara başlanılması ilə bağlı verdiyi açıqlamalar münaqişənin həllində dönüş olacağına dair ümidlər yaradıb. Bəzi mülahi...

Hindistanda 32 hava limanı yeni işlək hala gəldi

Hindistan hakimiyyəti Hindistan-Pakistan sərhədində artan gərginlik fonunda əvvəllər bağlanmış 32 hava limanının fəaliyyətini bərpa etmək qərarına gəlib. &nb...