Məşhur şirkətlərin paltarları sahildə toplandı - Sərt reaksiyalar

Məşhur şirkətlərin paltarları sahildə toplandı - Sərt reaksiyalar

Dünyaca məşhur hazır geyim markalarının təkrar emal olunmayan geyimləri Afrika sahillərində toplanıb. Xüsusilə Qanada çəkilən görüntülər vəziyyətin ciddiliyini ortaya qoyub.

Sfera.az xarici mətbuata istinadən bildirir ki, məşhur geyim brendləri “H&M” və “Zara” bu yaxınlarda ətraf mühitə töhfə vermək üçün istifadə olunmuş paltarları təkrar emal etməyə söz veriblər.


ABŞ-ın “Bloomberg” yayım təşkilatı şirkətlərin bu vədi yerinə yetirə bilmədiyinə diqqət çəkib.

Açıklama yok.

Məlumata görə, moda sənayesinin hər il göndərdiyi milyonlarla işlənmiş paltarlar xüsusilə Afrika sahillərində kritik vəziyyət yaradıb. Sənayenin ən böyük şirkətlərindən biri olan H&M hər il üç milyard geyim istehsal etdiyi halda, onların yalnız 10%-i təkrar emal olunur.



Geridə qalan məhsullar isə Afrika sahillərində geyim dağları yaratmaqla təbiət üçün böyük təhlükə yaradır.

Açıklama yok.

“Bloomberg” həmçinin geyim tullantılarının ən çox cəmləşdiyi Qananın paytaxtı Akkradan çəkilmiş görüntüləri də paylaşıb.



Xəbərdə ekoloji cəhətdən 50%-dən az dayanıqlı olan “Zara”nın hər il cəmi 100 milyard geyim istehsal etdiyi və bunun yalnız 1%-nin təkrar emal edildiyi bildirilir.



Mövzu ilə bağlı İngiltərənin “Daily Mail” qəzeti hər iki şirkətlə əlaqə saxlasa da, hələ də cavab almadıqlarını açıqlayıb.

 

Xanım


OXŞAR XƏBƏRLƏR