Aclıq səbəbilə bir-birini yeyən rus kəndliləri - FOTOLAR

Aclıq səbəbilə bir-birini yeyən rus kəndliləri - FOTOLAR

Tarix bir daha baş verməsi istənməyən qaranlıq səhifələrlə doludur. Bu səhifələrdən biri də 1920-ci illərin Rusiyasına aiddir.
 

Sfera.az bu yazıda sizə tarixin ən qaranlıq səhifələrindən biri haqqında məlumat verir.
 

Bu qorxu filmindən çəkilmiş kimi görünən şəkil 1921-ci ildə bazarda insan qalıqları satan rus cütlüyünə aiddir.
 

1921-1922-ci illərdə Rusiyada baş verən aclıq nəticəsində 5 milyon insan aclıqdan ölmüşdü.

 

O zaman Rusiya Birinci Dünya Müharibəsinin nəticələrini aradan qaldırmağa çalışırdı.
 

Kənd təsərrüfatı fəaliyyətləri dibə vurduqca, bəzi hökumət dairələrinin səhvi nəticəsində aclıq yaranmışdı.
 

Şəkildəkilər Samara düşərgəsində aclıqdan ölməyə qalan uşaqlardan bəziləridir.

 

Bəzi mənbələr kəndlilərin güclərini azaltmaq üçün yeməkdən məhrum edildiyini də iddia edirlər ki, bu da onların döyüş fəaliyyətlərinə xələl gətirdiyini düşünürlər.
 

Bu fotoda ər-arvad aclıqdan ölən övladı ilə birlikdə görünür.

Həmin dövrdə 30 milyon rusun aclıq təhlükəsi ilə üzləşdiyi bildirilirdi.
 

Tarixi sənədlərdə belə dövrün dəhşətli hekayələri danışılır.
 

Hətta bir çox insanın qəbirləri qazaraq və yeni basdırılmış cəsədləri çıxararaq onların ətini yediyi bildirilir.
 

Bundan başqa, onların ot yedikləri, hətta ev heyvanı sayılan heyvanları da yeməyə başladıqları olurdu.

 

Aclıqdan sağ çıxmağın yeganə yolu adamyeyənlik olduğundan, polis də heç bir tədbir görməyib.
 

Amerika və Avropadan olan könüllülər qeydlərində “Ailələr valideynlərini, nənə və babalarını, hətta uşaqlarını da yedilər” yazırdılar.


Düşərgələrdə, rayon xəstəxanalarında aclıqdan ölən insanlar toplaşırdı.
 

Bütün bu proses zamanı səlahiyyətlilərin kəndlilərə heç bir köməklik göstərmədiyi və onları ölümə tərk etdiyi də bildirilir.
 

Ölülər müəyyən ərazilərə aparılır, lakin burada da insanlar ətlərini götürməyə davam edirlər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Kruiz səyahət üçün hər şeyini satdı: Gəmidən qovuldu

Amerikalı Cenni Feniks üç illik 350.000 dollarlıq səyahətə çıxmaq üçün demək olar ki, əlində-ovcunda olan hər şeyini satıb. Lakin sonda o, “Villa Vie Odys...

"Stressə spirtlə qalib gəlməyin, əks halda..." - Həkimdən XƏBƏRDARLIQ

Stressi spirtlə aradan qaldırsanız, beyin özü onu təhrik etməyə başlayacaq.   Sfera.az xəbər verir ki, bunu psixiatr, narkoloq, psixoterapevt Sergey ...

12 yaşlı uşaq atasının həyatını xilas etmək üçün 200 kiloqramlıq ayını vurub - FOTO

ABŞ-da 12 yaşlı Owen (Ouen) Beyerman ov edərkən atası Rayanı 200 kiloqramlıq nəhəng ayının hücumundan xilas edib.   Sfera.az bildirir ki, Ouen Beyerm...

Turist qız cənnət adasında 2 ay pulsuz yaşayıb - FOTOLAR

27 yaşlı Alman Sirirat Nensewicz Avstraliyanın Kvinslend sahillərində 18 hektarlıq Balqabaq adasında iki ay yaşayıb. Avstraliyaya təyyarə bileti üçün pul yığmaq...

Mamontların nəsli buna görə kəsilibmiş... - TƏDQİQAT

Rusiya, İsrail və İtaliyadan olan kimyaçılar və zooloqlar qrupu yunlu mamontların nəsli kəsilməsinin səbəblərindən birinin allergiya olduğuna dair sübutlar tapı...

Bu avtobusun yolu dəyişdirilir

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar sentyabrın 19-dan Süleyman Əhmədov küçəsinin 8 Noyabr prospekti ilə birləşən hissəsində nəqliyyat vasitələ...