“Twitter” iflas edir? – İlon Maskın QORXULU PROQNOZU

“Twitter” iflas edir? – İlon Maskın QORXULU PROQNOZU

"SpaceX" və "Tesla”nın rəhbəri İlon Mask “Twitter” əməkdaşları ilə ilk onlayn görüş zamanı şirkətin iflas ehtimalından danışıb. 

 

Sfera.az bildirir ki, iş adamı bunun qeyri-mümkün olmadığını deyib. “Reuters”in məlumatına görə, həmin gün Mask şirkətin əməkdaşlarına məktub göndərib. O qeyd edib ki, xidmət reklam gəlirlərindəki kəskin azalmanı kompensasiya etmək üçün abunə gəlirlərini artıra bilməsə, “Twitter” qarşıdan gələn iqtisadi tənəzzüldən sağ çıxa bilməyəcək.

 

Digər tərəfdən, iş adamı “Twitter”i alandan sonra bir çox reklamçılar bu xidmətlə əməkdaşlıqdan imtina etməyə başlayıblar. Onlar qorxurlar ki, iş adamı sosial şəbəkədə məzmun yerləşdirmə qaydalarını yumşaldacaq və bu da dezinformasiyanın, zərərli məzmunların artmasına səbəb olacaq. 

 

Qeyd edək ki, reklamlar “Twitter” gəlirlərinin təxminən 90%-ni təşkil edir. Ona görə də, reklamçıların narazılıqları şirkətin gəlirinə böyük təsir göstərə bilər.

 

Xatırladaq ki, Mask sosial şəbəkə platformasında kifayət qədər böyük dəyişikliklər edib. Onların arasında şirkət çalışanlarının yarısının, o cümlədən, top-menecerlərin əksəriyyətinin işdən çıxarılması, xidmətə ödəniş sisteminin tətbiqi təklifi, 7,99 dollar dəyərində hesab yoxlama funksiyası ilə ödənişli “Twitter Blue” abunəliyinin istifadəyə verilməsi və.s  yer alır.

 

Günay Rəsulqızı,

Sfera.az


OXŞAR XƏBƏRLƏR