Üzsüz Çarli yoxsa Yaşıl Adam əfsanəsi?
Bir döməm Amerikada yerli əhali arasında “Yaşıl adam” əfsanəsi yayılmağa başladı. Əfsanədə deyilirdi ki, ildırım vurması və ya bir növ hansısa təbiət hadisəsi, ildırım vurması nəticəsində şoka düşən bir nəfər gecələr qaRanlıqda yaşıl rəngdə parlayır. O, South Park, North Hills və ya Vaşinqton, Pensilvaniya ətrafındakı kənd yollarında dayanır.
Sfera.az bu xalq arasında yayılmış bu müasir əfsanənin tarixi barədə yazı təqdim edir.
1960-cı illərdə Pensilvaniyada böyüyən Township sakini Marie Werner deyir: “Əfsanəyə görə o, gecə gec saatlarda park işçiləri və süpürgəçilərin dalınca gəzir”.
Onun bilərəkdən insanları qovması və ya qorxutması ilə bağlı hissə uydurma olsa da, əfsanə tamamilə doğrudur.
1919-cu ildə Raymond Robinson adlı uşaq səkkiz yaşında olanda qəfildən işıq dirəyinin üstündəki quş yuvasında uzanır. 11.000 voltluq elektrik onu vurur və uşaq gözləri dağılmış halda sürətlə göyə uçub yerə çırpılır. Yüksək gərginlikli elektrik Robinsonun üzünü və qollarını yandırıb, gözləri və burnunun bir zamanlar olduğu yerdə dəliklər buraxıb.
Bu dəhşətli zədəyə baxmayaraq, o vaxtkı tibbi sənədlər onun əhval-ruhiyyəsinin yaxşı olduğunu və hələ də eşidib danışa bildiyini göstərirdi. Sonrakı 65 il ərzində o, özünün Pensilvaniya ştatının Koppel şəhərindəki ailə evində kiçik bir gəlir əldə etmək üçün kəmərlər, pul kisələri və döşəmə silmək üçün əskilər düzəldərək satmaqla dolanacaqdı.
O, görünüşü ilə insanları qorxutmamaq üçün yalnız gecənin qaranlığında evindən gəzintiyə çıxırdı. “Yaşıl Adam əfsanəsi” də bu gəzintilərin birində orta məktəb uşaqlarının onu yolda gəzərkən maşınlarından görəndən sonra yayılmağa başladı.
Ehtimal ki, “Yaşıl Adam”adı, Robinsonun gecə vaxtı yanından keçən zaman avtomobil işıqlarının onun qarşısında əks olunmasından qaynaqlanır.
O dövrün Koppel sakini onu yolun aşağısındakı hovuzdan şəhərə dönərkən gördüyünü xatırlayır. "Mən çox qorxdum ki, bu, real deyildi”-deyə o xatırlayır.
Bəzi insanlar onu qorxutduqları və ya qəddar davrandıqları halda, bəziləri bu yaralı insanla dostluq edər, gecə gəzintiləri üçün ona pivə və siqaret gətirirdilər.
1998-ci ildə o zaman 60 yaşlı Pete Pavlovic: "Biz bayıra çıxıb ona pivə verirdik". O, Yaşıl adamı görməyə getməzdən əvvəl işlədiyi restoranda insanların onunla tez-tez görüşdüyünü bildirib.
O, Robinsonu tanımayan insanların onu görəndə çox vaxt şoka düşdüyünü və dəhşətə gəldiyini söyləyib. “Əvvəlcə Polisə zəng etmək istəyən insanlara durumu izah etdikdən sonra adətən onu axtarmaq üçün bir daha geri qayıdırdılar”.
Digərləri bəzən Robinsonu kor adama qəddar zarafat kimi tanımadığı bir yerə gəzintiyə aparırdılar.
Robinsonun həyatı haqqında çox az şey məlumdur, ancaq o, tək həyat sürüb.
Robinson 1985-ci ildə 74 yaşında vəfat etdi, lakin getsə də, “Yaşıl Adam” və “Çarli No-Face” əfsanəsi həmişə olduğu kimi bu gün də xatırlanır.
Aysel