Britni Spirs ailəsinin sirri nə idi? - İntihar ya dəlilik ?

Britni Spirs ailəsinin sirri nə idi? - İntihar ya dəlilik ?

Britni Spirs atası Ceymi Spirsin himayəsində olarkən məruz qaldığı zorakılıqlardan danışdıqdan sonra jurnalistlər onun ailəsinin bütün təfərrüatlarını və sirlərini araşdırıblar.


Sfera.az bildirir ki, pop ulduzun atası dəhşətli şəraitdə böyüyüb, anası isə intihar edib.
 

Ceymi Spirsin 3, 5 və 8 yaşlarında üç bacısı var idi. Qardaşı Austin Wayne Spirs isə üç günlük olanda ölmüşdü.
 

Ailə Luiziana ştatının Kentvud şəhərində yaşayırdı. Körpə kiçik ailə qəbiristanlığında palıd ağacının altında basdırılıb. Onun anası Emma Jean Forbes (Britneyin ata nənəsi) 16 yaşında ikən Cyun Ostin Spirslə evlənir. Daha sonra həyat yoldaşı Britninin babasının dediynə görə üç dəfə intihara cəhd edib.


Ceyminin atası Hərbi Hava Qüvvələrində xidmət edib və oğlu ilə ilk dəfə bir yaşında olarkən tanış olub. Daha sonra polisdə xidmət edib. Britni Spirsin atasının 13 yaşı tamam olanda onun anası kiçik övladının məzarı üstünə gedərək tapança ilə öz başından vuraraq intihar edib.
 

Britninin ata babası ikinci dəfə evlənir, lakin 1970-ci ildə ikinci həyat yoldaşı Co Enni psixiatriya klinikasına göndərir, sonra isə onu tamamilə tərk edir. Daha sonra kiçik övladları onu cinsi istismarda ittiham edib.
 

Artıq idmanda nailiyyətlər əldə edən bir gənc olan Ceyni Spirs ağır qəza keçirir. Dostu yerindəcə dünyasını dəyişsə də, o, möcüzə nəticəsində sağ qalır.


Britni Spirsin anası Lin Brics Kentvudda böyüyüb. Anası atası ilə İkinci Dünya Müharibəsi zamanı Londonda xidmət edərkən tanış olan bir ingilis qadın idi.


Linnin 20 yaşı olanda traktor qardaşının üstünə düşüb və Linn onu xəstəxanaya apararkən velosiped sürən yeniyetməni vurur.
 

Britni Spirsin valideynləri evlənəndə atası içki içməyə başlayıb. Onun idman karyerası isə ayağını sındırıb qeyri-adi işlərdə işləməsi ilə başa çatır. Britninin kiçik bacısı Ceymi Linn deyir ki, atası vaxtının çoxunu kreslosunda keçirib, başqalarını sərxoş olmadığına inandırmağa çalışmaqla keçirirdi.



O, həyat yoldaşınl aldadıb və hətta boşanmaq üçün ərizə verib, lakin sonradan ərizəsini geri götürüb.
 

Lakin Britneyin bacısı Ceymi bədii gimnastikada nailiyyət göstərməyə başlayanda və yerli Baptist kilsəsinin ulduzuna çevrildikdə, valideynləri ondan ulduz düzəltməyə qərar verir.
 

Ceymi dinləmək istəyən hər kəsə qızının məşhur olacağına əmin olduğunu söyləyirdi. Beləliklə, o, 20.000 digər uşağı keçib “Mickey Mouse Club”a qəbul olanda valideynləri onun menecerləri olur.

 

Ümumilikdə, ömrünün 40 ili ərzində Britni Spirs cəmi doqquz il valideyn nəzarətindən kənarda yaşayıb.
 

O, anasını atasından boşanmağa razı salır. Çünki o, içki içməyə davam edirdi. Britney anasına Los-Ancelesdə ev alır, atasını isə reabilitasiya mərkəzinə göndərir.
 

Ceyminin bədbəxtliyi 2007-ci ildə gecə klubunda tanış olduğu Sem Lüfti adlı oğlanla münasibət qurması ilə başlayır. Sem özünü onun meneceri adlandırırdı, lakin müğənninin dostları onun narkotikə aludə olduğunu iddia edirdilər. Nəticədə müğənni uşaqların qəyyumluğunu itirib və əsəb böhranı keçirərək klinikaya düşüb.


Xatırladaq ki, Britni Spirs də 2000-ci illərin əvvəllərində əsəb böhranı keçirmişdi.
 

"Semin nəzarəti itirməsi, Ceymin isə qızına nəzarəti ələ alması üçün nəsə kəskin bir şey baş verməlidir. Ceymi, ona intihar edən nənəsinin adının qoyulmasına necə inana bilmədiyini danışırdı. İndi eyni şeyin ona olmasından narahatıq, başına bir şey gələcək" -deyə anası bildirib.


Bildiyiniz kimi, 13 il ərzində Britni Spirs öz həyatına nəzarət etmirdi. Atası onu güclü narkotik qəbul etməyə məcbur edib, telefondan istifadə etməsinə və maşın sürməsinə mane olub. Eyni zamanda o, çıxış edib pul qazanmalı idi. Ceymi Spirsə, digər ailə üzvlərinin saxlanmasına böyük məbləğlər xərclənib, Britniyə isə hətta şam yeməyinə suşi sifariş etmək və özünə idman ayaqqabısı almaq belə qadağan edilib.
 

Britni nəhayət atasının himayəsindən azad edildikdə və məsələ ictimaiyyətə açıqlananda, təəccüblənməyənlər yalnız atasının ögey qardaşları idi.


Britninin pərəstişkarları onu atasının himayəsindən azad etməyi tələb ediblər.


Britni nəhayət atasının himayəsindən azad edildikdə və hekayə ictimaiyyətə açıqlananda, təəccüblənməyənlər yalnız atasının ögey qardaşları idi.


"Bu ailə üçün qadınlara bu cür münasibət tipikdir. Atamın anama və Emma Cinə etdiklərini Ceymi də onlara edib. Ailəvi olaraq hamısı pisdirlər və səni idarə edə bilməsələr, səni məhv edəcəklər.” Britnin ögey əmisi Con Mark jurnalistlərə bildirib.
 

Xatırladaq ki, Britni Spirs qəyyumluqdan azad edildikdən sonra sevgilisi Sem Əsgəri ilə evlənib. Atası isə doğma Kentvudda yaşayır və anbarda məşhur qızı ilə əlaqəli çoxlu əsərlər saxlayır. Britni ailəsi ilə münasibətləri haqqında ətraflı xatirələrdən ibarət bir bioqrafik kitab yazmağa söz verib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Çox məntiqli bir səbəbi var: Bir çox tualetdə niyə iki ayrı yuyucu düymə var?

Tualetlərdə qarşılaşdığımız ikiqat su sistemi düşündüyümüzdən çox daha əhəmiyyətli bir səbəbə əsaslanır. Fərqində olmadan hər gün istifadə etdiyimiz bu dizaynın...

Bill Qeyts ən böyük səhvini açıqlayıb

Microsoft-un həmtəsisçisi Bill Qeyts şirkətin mobil əməliyyat sistemləri bazarındakı uğursuzluğunu özünün "ən böyük səhvi" adlandırıb və bu, korporasi...

Həyat tərzi ilə görənləri heyrətə gətirən "lal" tayfa: Pirahalar

Amazon meşələrində yaşayan Piraha tayfası dili, mədəniyyəti və qohumluq əlaqələri ilə dünyada nadir bir icmadır. Mücərrəd məfhumları ehtiva etməyən dilləri, sır...

Türkiyədə 15 gündə 34 nəfər saxta spirtli içkidən öldü- Həbs olunanlar var

Türkiyənin İstanbul şəhərində yanvarın 1-dən bu yana saxta spirtli içkilərdən istifadə nəticəsində 34 nəfər həyatını itirib.   Sfera.az xəbər verir k...

Meta 2025-ci ildə təxminən 3600 işçini ixtisar edəcək

Meta qarşıdan gələn il işçilərin 5% ixtisarını təsdiqləyib ki, bu da təxminən 3600 işçi təşkil edəcək. Sfera.az xəbər verir ki, bu barədə "CBS News"...

Bayden Qəzzadakı atəşkəslə bağlı bəyanat yaydı

ABŞ Prezidenti Co Bayden İsrail hakimiyyəti ilə HƏMAS arasında atəşkəs və girovların azad olunmasına dair razılaşma ilə bağlı bəyanat yayıb.   Bəyana...