ABBA-nın məşhur sarışını hamıdan gizlənmək üçün fermada yaşayır
İsveçin məşhur “ABBA” qrupu dünyanın ən populyarlarından biridir. Stadionlara minlərlə insanı toplayan komanda üzvləri illərlə paparassilərin diqqət mərkəzində olmaqdan az qala addım ata bilməyiblər.
Pərəstişkarları xüsusilə qrupun dağılmasından sonra qəfil yoxa çıxan Aqneta Fältskoqun həyatı haqqında çox maraqlanırdılar.
Agnetha “ABBA”dan əvvəl solo fəaliyyətlə məşğul olub və çox uğurlu müğənni sayılıb. O, qrupdan sonra da öz adı ilə çıxış etməyə davam etmək qərarına gəlib lakin bir müddət sonra daha səhnədə olmaq istəmədiyini başa düşüb. Agneta çoxsaylı ev heyvanlarının olduğu tənha bir fermada yaşamağa qərar verib.
Sənətçi özü karyerası boyu çox yorğun olduğunu və artıq səhnədə ola bilməyəcəyini anladığını deyib. Yoqa ilə məşğul olmaq onu həddindən artıq gərginlikdən xilas edib, lakin kifayət etməyib. Buna görə də o ictimaiyyətdən gizlənməyə qərar verib.
Hal-hazırda Agnetha hələ də kiçik bir adada öz fermasında yaşayır. Nəvələri və uşaqları tez-tez onu ziyarət etməyə gəlir və özü də tez-tez gəzinti üçün Stokholma gedir.
Aynil