Şahzadə Diananın qardaşı ailə fotosunu paylaşdı - Pərəstişkarları nəyə məyus oldu?
Çarlz Spenser İnstaqramda paylaşdığı acı mesaj və ailə şəkli ilə pərəstişkarların bəzilərinin kədərinə səbəb olub.
Sfera.az bildirir ki, Şahzadə Diananın 58 yaşlı kiçik qardaşı pərəstişkarları ilə mərhum atası və bacısı ilə birlikdə çəkilmiş köhnə fotonu bölüşüb.
Şəkildə iki kişi zərif smokin geyinib, Diana isə göz oxşayan çiyinli paltar, sapfir kolye və ona uyğun uzun sırğalar taxıb. Üçlük tünd qırmızı məxmər pərdələr qarşısında bəzəkli stullarda oturub kameraya gülümsəyir.
Çarlz şəkli "Bu gün Bütün Ruhlar Günüdür - sevdiyiniz və sizdən ayrılan insanların ruhlarını xatırlamaq adətdir. Dünyanın bəzi yerlərində Ölülər Günü kimi tanınır. 1989-cu ilin yayında atamın 65 yaşını qeyd etmək üçün Althorpda bir ziyafət keçirildiyi zaman mənim üçün çox təsirli bir fotoşəkil” başlığı ilə paylaşıb.
Çarlzın atası Con Spenser 1992-ci ilin martında 68 yaşında vəfat edib. Diana 1997-ci ilin sentyabrında Parisdə avtomobil qəzasında həlak olanda 36 yaşı var idi.
Çarlz və Diananın valideynləri Con Spenser və Frensis Kydd
Pərəstişkarları posta "Gözəl şəkildi! Kaş onları bir günlük də olsa geri qaytara bilsək..."
"Dərdinizə şərikəm. Əziz ata və bacı”
"Super şəkildir. Həqiqətən də, çox ağrılıdır. Ümid edirəm ki, onların ruhu şaddır” kimi şərhlər yazıblar.
Çarlz-Spenser-şahzadə-diana-uşaqlıq
Çarlz valideynləri boşandıqdan sonra Diana ilə keçirdiyi uşaqlıq haqqında açıqlama vermişdi.
Keçən il “Sunday Times”a verdiyi müsahibədə Çarlz Diana ilə olan uşaqlığından və valideynlərinin boşanmasının bacı-qardaşlara təsirindən danışmışdı.
"Diana və mənim məktəb yaşından böyük iki bacımız var idi. Birlikdə çox böyük ailə idik və mən Dianayla həmişə bu barədə danışırdım".
Çarlz səkkiz yaşında olanda özəl məktəbə göndərilir.
"Atamız sakit və daimi sevgi qaynağı idi. Amma anamız analıq üçün yaradılmamışdı. Onun günahı deyil, bacarmadı". "O, getmək üçün əşyalarını yığarkən Dianaya (o zaman beş yaşında idi) onu görmək üçün qayıdacağına söz verdi. Diana onu həmişə qapının ağzında gözləyirdi, amma o heç vaxt gəlmədi”.
Aysel