Futbol tarixini yazan ulduz və müharibəni dayandıran lider Didye Droqba - O nə etmişdi ?

Futbol tarixini yazan ulduz və müharibəni dayandıran lider Didye Droqba - O nə etmişdi ?

Az-çox futbolçu kimliyini bildiyimiz Droqbanın təhsilinə və şəxsi həyatına nəzər salacağıq. Didye Droqbanın karyerası və hazırda nə ilə məşğul olduğundan məlumat verəcəyik.


Sfera.az bu yazıda futbolun əfsanələrindən olan, tarix yazmağı bacaran Droqbanın həyatı haqqında maraqlı yazı təqdim edir.
 

Bəzi futbolçular üçün buna “futbolçudan daha çox” deyirlər. Bəlkə də o adlardan birincisi Didye Droqbadır.
 

1978 il, Abidjan şəhəri, Fil Dişi Sahili… Didier Yves Drogba Tebily bankir ailəsində anadan olub. Çətin həyat şəraiti və yoxsulluq onların da həyatlarını zindana çevirirdi.

Açıklama yok.
 

Həmin dövrdə Fil Dişi insanlarının bu həyat şəraitindən xilas olmaq üçün yeganə şansı Fransaya köçmək idi. Droqba ailəsinin yeganə ümidi onların Fransada yaşayan futbolçu qohumu Mişel Qoba idi.
 

Mişel Qoba futbolçu idi və Fil Dişi Sahilindəki çətinliklər səbəbindən Fransaya ilk mühacir gedənlərdən biri idi. Futbolla Didye Droqba 5 yaşında bu əmisinin sayəsində tanış oldu.

Açıklama yok.
 

Əslində Didyeni Fransaya göndərən valideynləri Didyenin özünü akademik inkişaf etdirməsini və təhsil almasını istəyirdilər. Amma Qoba əmi bununla razılaşmadı. Onu futbol akademiyasına yazdırdı.

 

Daha sonra "Hər gecə ağlayırdım" deyən Didyenin Fransadakı ilk macərası 3 il davam etdi. Ailə həsrətinə dözə bilməyib əmisini razı salıb Didyeni doğma şəhərinə qaytarır.
 

Amma ölkəsinə qayıdanda onsuz da pis olan vəziyyəti ardıcıl davam edən hallar daha da pisləşdirdi. Ailəsi təhsil haqqını ödəyə bilmirdi, valideynləri işsiz idi. Buna görə də ailəsi üçün ən vacib məsələ olan Didyenin təhsili yarımçıq qalır. Didyenin Fransadan qayıtmasına təəssüflənir. Xoşbəxtlikdən, Didyenin 11 yaşı olanda Qoba qardaşı oğlunu yenidən özü ilə aparır.
 

Fransız dövrü Didye üçün gələcəyini təyin edən dövr idi. Əmisi Qoba onu “Levallois SP” adlı gənclər akademiyasına yazdırdı. Droqba burada sağ cinah müdafiəçisi kimi çıxış edirdi.
 

Didye Droqba 21 yaşında peşəkar futbolçu olub. Əslində bu futbolçu üçün gec yaşdır. Ancaq bu gecikmənin səbəbi həqiqətən təsirlidir.

Açıklama yok.
 

Didye heç vaxt təhsilini başa vurmadan peşəkar futbolçu olmaq istəməyib. O, 21 yaşında mühasibatlıq təhsilini başa vurub və daha sonra peşəkar futbola qatılıb. Hal-hazırda da Didier Drogba sertifikat almış mühasibdir.
 

Didye diplomu aldıqdan sonra özünü futbola həsr etdi. O, sağ cinah müdafiəçisi mövqeyini dəyişib hücuma keçdi və daha da peşəkarlaşdı. Çox çalışdı və bunun bəhrəsini 2002-ci ildə “Guingamp”a keçəndə gördü.
 

“Guingamp”da 34 liqa oyununda 17 qol vuran Droqba 6 milyon avroya "Olimpik Marsel"ə transfer olunub. “Marsel”in 2004-cü ildə UEFA Kubokunda finala yüksəlməsində mühüm rol oynayan Droqba, göstərdiyi performansla Avropa nəhənglərinin diqqətini çəkmişdi.
Açıklama yok.

O, “Marsel”də 35 oyunda 19 qol vuraraq Liqa 1-də ilin oyunçusu mükafatını qazanıb.
 

"Çelsi" 2004-cü ildə Didye Droqbanın transferi üçün "Marsel"ə 38,5 milyon avro ödəmişdi.
 

Bu məbləğ Fil Dişi Sahilli futbolçu üçün ödənilən ən yüksək transfer haqqı kimi tarixə düşdü.
 

Əfsanəyə çevrildiyi "Çelsi"də 4 İngiltərə çempionluğu, 4 İngiltərə Kuboku, 3 Liqa Kuboku, 4 “Community Shields” və 1 Çempionlar Liqası kuboku olub.

Açıklama yok.
 

Bu gün də “Stamford Bric” tribunalarında "Droqba əfsanəsi" pankartı asılıb.
8 illik “Chelsea” karyerasından sonra o Çinə gedib. Oradan “Qalatasaray”a transfer olunub. Didye hər zaman Türkiyədə unudulmaz anlar yaşadığını deyir. İlk matçında qol vurub. İl yarım ərzində 3 kubok qazanıb. Onun “Real”a qarşı etdikləri hələ də bütün Galatasaray azarkeşlərinin yaddaşındadır.
 

2014-cü ildə öz evinə - "Çelsi"yə qayıtdı. Daha sonra ABŞ macərasına başladı. O, 3 mövsümdə 3 fərqli komandada çıxış edib.
 

2018-ci ildə sahibi olduğu və oynadığı "Phoenix Rising" liqanın finalında "Luisville City"yə 1:0 hesabı ilə uduzduqdan sonra futbolu tərk etdi.
 

Klub komandalarında ümumi 687 oyun keçirən Droqba 301 qol vurub, 114 məhsuldar ötürmə edib. O, millinin heyətində 105 oyunda 65 qol vurub.
 

Onu futbolçudan daha çox edən hadisələrdən birincisi 2005-ci ildə baş verib. 2006-cı il Dünya Çempionatının seçmə mərhələsində qalib gələn Fil Dişi Sahili Dünya Kuboku vizası alır. Matçın sonunda soyunub-geyinmə otağında mikrofonu əlinə alan Didye tarixi bir çıxışla ölkəsində 2002-ci ildən bəri davam edən vətəndaş müharibəsinə son qoymaq üçün mühüm addım atıb.

Açıklama yok.
 

“Xanımlar və cənablar, Fil Dişi Sahilinin şimalındakılar, cənubdakılar, mərkəzdəkilər, qərbdəkilər... Biz bu gün göstərdik ki, bütün Fil Dişi tək bir məqsəd üçün birgə yaşaya və oynaya bilərlər. Biz söz vermişdik ki, bayramlar bizləri birləşdirəcək. Diz çöküb yalvarırıq... Bağışlayın! Afrikada bu qədər sərvəti olan bir ölkəni müharibəyə sürükləmək olmaz. Zəhmət olmasa silahlarınızı yerə qoyun. Seçimlərə keçin”.
 

Bu çıxışı və vətəndaş müharibəsini dayandırması onun “Time” jurnalı tərəfindən "Dünyanın ən nüfuzlu 100 insanı" seçilməsinə səbəb olub.
 

2007-ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən "Xoşməramlı səfir" adına layiq görülüb. 2018-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən İdman və Sağlamlıq Xoşməramlı Səfiri elan edilib.

Açıklama yok.

2009-cu ildə yaratdığı “Didier Droqba” fondu hələ də Afrikada xəstəxanaların tikintisi və uşaqların təhsili üçün vəsait toplamağa davam edir.

Açıklama yok.
 

Bu yaxınlarda Fil Dişi Sahili Futbol Federasiyasının prezidentiliyinə namizəd olan Didye Droqba cəmi 21 səs toplayıb. Bu Droqbanı bir az məyus edib.
Federasiyasının prezidenti seçilən İdris Diallo 59, digər namizəd Sory Diabate isə 50 səs toplayıb.


20 ildir birlikdə olduğu Lalla Diakate ilə ailə quran Droqba 2021-ci ildə həyat yoldaşı ilə anlaşmalı şəkildə boşanıb. Onların bu evlilikdən İsaak, İman və Kieran adlı 3 övladı var.

Açıklama yok.
 

2006 və 2009-cu illərdə Afrikanın ən yaxşı futbolçusu seçilən və 2013-cü ildə "Qızıl Ayaq" mükafatına layiq görülən Droqba həm meydanda, həm də meydandan kənarda etdiyi hərəkətlərlə adını tarixə qızıl hərflərlə yazıb.


Dünyanın hər yerində azarkeşlər tərəfindən sevilən və birağızdan “Yaxşı ki, futboldan keçdin Didye Droqba” dedikləri adamın məşhur ləqəbləri “Legend” (Əfsanə), “African King” (Afrikanın kralı), Giant (Nəhəng və ya Əjdaha) və “The Drogba”.

Açıklama yok.

O, tək futbol azarkeşləri deyil, humanistliyi və təvazökarlığı ilə böyükdən-kiçiyə hər kəsin qəlbini ovsunlamışdı. Futboldan getməsinə rəğmən xatırlanıb, hələ də sevilən azsaylı ulduzlardandır.

 

Xanım


OXŞAR XƏBƏRLƏR

Gəncədə yaşayış binasında partlayış: 2 ölü, 4 yaralı - VİDEO

Xəbər verildiyi kimi, Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında baş vermiş partlayışla əlaqədar FHN-in Gəncə Regional Mərkəzi...

Süni intellektin böyük əksəriyyəti Aİ qanunvericilik səddini keçməyəcək

Bir çox aparıcı süni intellekt modelləri kibertəhlükəsizlik və ayrı-seçkiliyə yol verilməyən məlumatların çıxarılması ilə bağlı gələcək Avropa qanunvericiliyini...

Bu yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında tıxac müşahidə edilir.   Sfera.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. &...

Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib.   ...

Yuxusuzluğun səbəbi bəlli oldu - Bu vitaminlərin çatışmazlığı...

Yuxusuzluğun ümumi səbəbi orqanizmdə vitamin və mineralların çatışmazlığıdır.   Sfera.az xəbər verir ki, bunu dietoloq Dmitri Semiryadov bildirib. O , ...

Hərbi xidmətlə bağlı YENİ QƏRAR: Kimlərə şamil olunacaq?

Uğurlu nəticələr göstərən tələbələr universiteti bitirdikdən sonra hərbi xidmətlərini Milli Müdafiə Universitetində keçirəcəklər.   Yeni yaradılan ko...