Niyə tarixi şəxsiyyətlər portretlərində bir əlini Paltarının içinə qoyur? - FOTOLAR

Bu mövzunun mənbəyi klassik yunan filosofu Aeschinesə gedib çıxır.
Sfera.az bildirir ki, Ritorika məktəbinin banisi Aeschinesin fikrinə görə önəmli şəxsiyyətlərin bir əllə danışmağı kobudluq idi.
Kökləri çox qədimə dayansa da, sonrakı dövrlərdə yazılan estetik və ritorik əsərlərdə də məsələ yenidən gündəmə gətirilmişdir.
1738-ci ildə Fransua Nivelonun "Centlmen Davranışı" kitabında bu hərəkət "təvazökarlığa bükülmüş kişi cəsarəti" kimi təsvir edilmişdir.
Məhz bu əsərdən sonrakı illərdə bu təsvirin rəsm və fotoşəkillərdə geniş yer aldığı görülür.
Bu məsələdə bir vaxtlar dünyanı əlində saxlayan Napoleonun böyük təsiri olub.
Məşhur lider bu detalı Jak-Lui Devidin sifarişi ilə çəkdiyi portretlərinə daxil edib.
Bundan sonra Avropa və Amerikaya qədər bir tendensiya başladı. Bu tendesiyanın ardıcılları adətən Napoleonun özü kimi hərbi və ya milli liderlər idi.
Napoleonu məğlub edən Artur Uelsli.
Karl Marks.
İosif Stalin.
William Sherman, ABŞ Vətəndaş Müharibəsində Konfederasiya ordusunun generalı