Məşhurların saçını yığır, böcək toplayır... - Tanınmışların inanılmaz VƏRDİŞLƏRİ

Məşhurların saçını yığır, böcək toplayır... - Tanınmışların inanılmaz VƏRDİŞLƏRİ

Demək olar, hər kəs yaşamı boyunca müxtəlif vərdişlərə sahiblənir. Bu, bəzilərində hobbiyə, bəzilərində isə asılılığa çevrilir.

 

Sfera.az dünyaca məşhur şəxslərin bilmədiyiniz vərdişləri haqda məlumatları təqdim edir:

 

Ancelina Coli – Xəncər kolleksiyası

 

Anası Ancelina Coli 11 yaşında olarkən ona ilk xəncərini alır və həmin vaxtdan etibarən o, bu hobbi ilə məşğul olur. İllər sonra Coli bu qeyri-adi hobbisini ailəsinə də aşılayıb. Belə ki, onun oğlu Maddoks da müxtəlif bıçaqlar toplamağa başlayıb.

 

Beyons – Arıçılıq

 

Məşhur müğənninin evində 2 arı yeşiyi var və o, 80 minə yaxın arıya qulluq edir. Beyons bu hobbiyə allergiyası olan qızlarına görə başlayıb. Belə ki, bal bir çox allergik xəstəliyə yaxşı təsir edir.

 

Keti Perri – Digər məşhurların saç kolleksiyaları

 

Keti Perri ilk dəfə "Qremmi" mükafatına qatılanda Mayli Sayrus və Taylor Svift ilə soyunub-geyinmə otağını bölüşüb. O, onlardan bir tutumluq saç istəyərək çantasına qoyub. Bununla da müğənninin saç kolleksiyasının olduğu bildirilib.

 

Bred Pitt və Leonardo Di Kaprio – Dulusçuluq

 

Adıçəkilən şəxslər məşhur dost olmaqla yanaşı, müxtəlif gil əşyaların hazırlanması hobbisini də paylaşırlar. “Once Upon a Time in Hollywood” filminin çəkilişləri zamanı Leonardo Di Kaprio axşamlar Bred Pitin evində birlikdə gildən əşyalar düzəldiblər.

 

Rayan Qoslinq – Hörgü

 

Kanadalı məşhur aktyor bu hobbiyə “Lars and the Real Girl” filminin çəkilişləri zamanı filmin bir səhnəsində iştirak edən qoca xalalara toxuculuq öyrətməklə başlayıb.

 

Klaudiya Şiffer – Böcək kolleksiyası

 

Məşhur modellərdən biri olan Klaudiya Şiffer kiçik yaşlarından hörümçəkləri çox sevib. Onun evində yüzlərlə həşərat kolleksiyası və onlar haqqında ensiklopediya var.

 

Conni Depp – Orijinal barbi kolleksiyası

 

Conni Deppin onlarla barbi kuklaları var. Bu kuklalar Beyons, Elvis və Lindsey Lohan kimi məşhur sənətçilərin formasındadır.

 

Castin Biber – Rubik kubunu düzəltmək

 

Dünyaca məşhur müğənni Castin Biber kiçik yaşlarından bəri rubik kubunu düzəltməyi sevir və zamanla kifayət qədər uğur qazanıb. Onu bəzən əlində rubik kubu ilə də görənlər olur.

 

Nikol Kidman – Sikkə kolleksiyası

 

Avstraliyalı akstrisa Nikol Kidman klassik sikkə kolleksiyaçısıdır. Onun yüzlərlə sikkəsi, o cümlədən qədim yəhudi sikkələri var.

 

İnci


OXŞAR XƏBƏRLƏR