Keçəllik tarixə çevrilir

Keçəllik tarixə çevrilir

Yaponiyanın Yokohama Milli Universitetinin alimləri laboratoriyada siçanlardan götürülmüş embrion dəri hüceyrələrindən istifadə edərək saç follikullarını inkişaf etdirə biliblər.
 

Sfera.az xəbər verir ki, mütəxəssislər saç follikullarının epiteliya və mezenximal iki hüceyrə tipini sayəsində inkişaf etdirildiyini açıqlayıblar.
 

Epitel hüceyrələri dəridə, damarlarda və daxili orqanlarda olur. Mezenximal hüceyrələr isə sümük iliyində olur və skelet toxumalarının bərpası üçün böyük əhəmiyyətə malikdir. Alimlər təcrübə uğurlu olarsa insanların başlarına yenidən tük yetişdirilə biləcəyini qeyd ediblər.
 

Araşdırma qrupuna rəhbərlik edən Yokohama Milli Universitetinin dosenti Tatsuto Kageyama kök hüceyrə köçürülməsindən qısa müddət sonra siçanda çoxlu sayda tük folikülünün əmələ gəldiyini bildirib. Kageyama bu transplantasiyanın 100% effektiv olduğunu vurğulayıb.
 

Qeyd edək ki, mütəxəssislər saçın 23 gündə 3 millimetrə çatdığını açıqlayıb.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...