Bədən dili Kral Çarlz haqqında hansı məlumatları verir? - FOTO

Bədən dili Kral Çarlz haqqında hansı məlumatları verir? - FOTO

Kral Çarlzın Şahzadə Diana ilə münasibətləri “Netflix”in “The Crown” serialının qarşıdan gələn beşinci mövsüm anonslarında yayımlaynıb. Gündəm və ən müzakirə mövzusuna çevrilən serial ətrafında söz-söhbət və kral sarayı ilə gərginlik səngimək bilmir.
 

Sfera.az xəbər verir ki, serialının yeni mövsümündən gözləntilər yüksəkdir. Çünki məhz 5-ci sezonda Şahzadə Çarlz və Diananın ayrılması və boşanmasına yer ayrılıb.
 

Serialın yayımlanmasından əvvəl bədən dili üzrə mütəxəssis Patti Vud Kral evliliyinin əvvəlində III Çarlzın Dianaya sədaqətsizliyini göstərən aydın xəbərdarlıq əlamətləri olduğunu açıqlamışdı.
 

Çarlz və Diananın şəkillərini təhlil edən Vud bir vaxtlar "dünyanın ən uyğun namizədi" olan Çarlzın mərhum Şahzadə ilə münasibətində həmişə soyuqluq və uzaqlıq olduğuna dair əlamətlər olduğunu qeyd edib.


Onların Bukingem Sarayının eyvanında yeni evlənərkən paylaşılan şəklinə istinad edən ekspert Diananın Çarlzın diqqətini çəkmək üçün geriyə əyildiyini vurğulayır.
 

Müəllif Diana və Çarlzın 1983-cü ildə Şahzadə Uilyamla çəkdirdiyi fotoda da Çarlzın həyat yoldaşı və övladından nə qədər uzaqda oturduğunu bildirib.
 

Çarlz və Diana 1992-ci ildə ayrılsalar da 1996-cı ildə boşandıqlarını rəsmi elan etmişdilər.

 

Aynil


OXŞAR XƏBƏRLƏR