Homo Sapiensi qohum evlilikləri zəiflədib - Neandertallara aid yeni nümunələr tapıldı
Avropalı alimlər qədim insanlara aid ən qədim “ailə portretini” əldə ediblər. DNT nümunələri əsasında qalıqların ata və qızdan ibarət ilk Neandertal ailəsinə aid olduğu məlum olub.
Sfera.az xarici mənbələrə istinadən bildirir ki, Sibirdə iki mağarada aşkar edilmiş 13 insanın DNT nümunələri təxminən 54 min il əvvələ aiddir. Bu kəşf “Homo sapiens”in çox kiçik qruplar halında yaşadığını və qohum evlilikləri nəticəsində zəiflədiyini sübut edir.
Fosillərdən alınan DNT bu şəxslərin ata və onun yeniyetmə qızına aid olduğunu göstərir. Tapılan digər iki DNT nümunəsi kişinin əmisi oğlu ola biləcək kiçik bir uşaq və onun nənəsi olduğu təxmin edilən yetkin bir qadına aid olduğunu göstərir.
Bu insanların hamısının , yəni Neandertalların təxminən 40.000 il əvvəl müəmmalı şəkildə nəsli kəsilmişdir. Neandertalın nəyə bənzədiyinin ən dəqiq izahını ortaya qoyan nəticələr onların nəyə görə əbədi olaraq yoxa çıxdığını anlamaq üçün vacib məlumatlar verir.
Tədqiq olunan insan qalıqları və fosillər təxminən 54.000 il əvvəl Neandertalların yaşadığı Cənubi Sibirdə yerləşən Çağırskaya və Okladnikov adlı mağarada aşkar edilib. Avropalı neandertallar qərbdə, Denisovalılar isə Asiya neandertalları olaraq tədqiq edilir. Əvvəlki araşdırmalar bu iki növ insan qalıqları və Homo sapiensin birlikdə hibrid nəsil formalaşdırdığını sübut edirdi. Nə üçün yalnız Homo sapiensin sağ qalması isə hələ də sirr olaraq qalır.
Aynil