7 fərqli ölkədə heç vaxt eşitmədiyiniz ən gülməli qadağalar

7 fərqli ölkədə heç vaxt eşitmədiyiniz ən gülməli qadağalar

Deyirlər dünyada nə qədər dil varsa, o qədər də mədəniyyət var. Dünyada mədəniyyətlər qədər maraqlı qadağalar da var imiş.

Bu ölkələrə getməzdən əvvəl onların qəribə qadağalarından xəbərdar olmalısınız.

Sfera.az sizin üçün yeddi fərqli ölkədən yeddi ən qəribə qadağanı təqdim edir.


1. Fransada üz örtmək qadağandır

Açıklama yok.

Siyahıya Fransada çox qəribə qadağa ilə başlayırıq. 2019-cu ildə 90 milyon turistlə dünyanın ən çox turist cəlb edən ölkəsi olan Fransada üzü örtəcək hər hansı bir aksesuar taxmaq qadağandır. Dəbilqə, maska, kapüşon və daha çox baş örtüyü olan bu qadağa təbii ki, əvvəlcə İslam əleyhinə olduğu üçün tənqid edilib. Lakin buna qarşı heç bir tədbir görülməyib.

Covid-19 pandemiyası bu qadağanı pozan yeganə şey oldu.
 

2. İtaliyada hündürdaban ayaqqabı və ya ev başmağı geymək qadağandır.


Açıklama yok.
Qonaqpərvər xalqı və rəngarəng mədəniyyəti ilə tanınan bu Avropa ölkəsinin bəzi hissələrinə xas çox sərt qaydaları var. Məsələn, İtaliyanın Cinque Terre kimi tanınan beş şəhərində hündürdaban ayaqqabı və ya ev başmağı geyinmək qəti qadağandır. Daha çox dağlıq ərazilərdən ibarət olan bu qəsəbələrdə bu qadağanın yeganə səbəbi təhlükəsizlikdir.



3. Nigeriyada kamuflyaj nümunələrindən istifadə etmək qadağandır.

Açıklama yok.

Bəzi yerlərdə hər hansı kamuflyaj naxışlı paltar geyinmək əsgərlərə qarşı hörmətsizlik sayılır. Nigeriya da bu yerlərdən biridir. Təsadüfən Nigeriyada olsanız, yanınızda kamuflyaj naxışlı bir şey qəti olmasın.



4. Səudiyyə Ərəbistanında hicabsız gəzmək qadağandır

Açıklama yok.

Səudiyyə Ərəbistanında mövcud adət-ənənələrin və qadağaların əksəriyyəti İslam dinindən qaynaqlanır. Məsələn, kişilərə qadın kimi geyinmək və ya hərəkət etmək qəti qadağandır. Bu qadağalardan biri də qadınların dərisini göstərməkdir. Turist olsanız belə bu qaydaya əməl etməlisiniz.


5. Maldiv adalarında çimərlik paltarı geyinmək qadağandır.

Açıklama yok.
Bəli, düz oxudunuz, Maldiv adaları kimi çimərlikləri ilə məşhur olan ölkədə ciddi geyim kodu var. Qadınların ictimai yerlərdə dar paltarlar, xüsusən də bikinilər geyinməsi qadağandır.


6. Uqandada mini ətək geyinmək qadağandır.
 

Uqanda geyimə sərt baxışları olan bir ölkədir. Qadın ətəkləri diz qapaqlarının altında olmalıdır. Koftalar sinəni tamamilə örtməli, paltarlar bədən cizgilərini göstərəcək qədər dar olmamalıdır.

Açıklama yok.


7. Yunanıstanda hündürdaban ayaqqabı geyinmək qadağandır.


Açıklama yok.

Hündürdaban ayaqqabı geyinməyin qadağan olunduğu digər ölkə isə Yunanıstandır. Bu ölkədə isə hündürdaban ayaqqabıların qadağan edilməsinə səbəb insanların təhlükəsizliyindən çox tarixi abidələrin təhlükəsizliyidir. 2009-cu ildə tarixi abidələrin içərisində dikdaban ayaqqabı geyinmək tamamilə qadağan edilib.

 

Aynil


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...

Fransa təhlükəsiz peyk rabitəsi üçün lazerləri sınaqdan keçirdi

Fransız texnologiya şirkətləri Fransa Müdafiə İnnovasiyaları Agentliyinin dəstəyi ilə ilkə imza atıb.   “Unseenlabs”ın aşağı orbitli nanope...

“Neftçi”- “Qarabağ” matçının yeri dəyişdi

Azərbaycan Premyer Liqasının VII turunda üz-üzə gələcək “Neftçi”- “Qarabağ” oyununun yeri dəyişdirilib.   Sfera.az Peşəkar Fu...

Trampa sui-qəsd cəhdində şübhəli bilinən şəxsləri bu cəza gözləyir

Floridada ABŞ prezidentliyinə namizəd Donald Trampa sui-qəsd cəhdində ittiham olunan şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.   Sfera.az xəbər verir ki...