Saatların üzərində yazılmış \"Quartz\"ın mənası nədir?

Saatların üzərində yazılmış \

Bir çox qol saatlarının altında yazılan və insanların marka kimi bildiyi “Quartz”ın mənası əslində çox fərqlidir.


İllərdir saat markası olduğu düşünülən, lakin çox fərqli məna kəsb edən “Quartz” nə deməkdir?


Saat taxmaq bu gün həyat tərzinin göstəricilərindən biri hesab olunur. Hər kəsin taxdığı saat markaları altında yazılan "Quartz" haqqında əksər saat istifadəçiləri yanılır.


Bir marka olduğu düşünülən "Quartz" ın saat markası ilə heç bir əlaqəsi yoxdur.


“Quartz” dilimizdə "kvars" deməkdir. İlk kvars saatı 1927-ci ildə Warren Marrison və J.W Horton tərəfindən icad edilmişdir.



Kimyəvi adı silisium dioksid (SiO2) olan kvars, dünyada bir çox növ qaya və qumlarda tapılan birləşmədir. Bu kristal osilator çox dəqiq tezlik siqnalı yaradır, buna görə də kvars saatlar mexaniki saatlara nisbətən vaxtı ən azı bir dərəcə daha dəqiq ölçür.


Kvarsdakı kristallar elektrik enerjisi ilə birləşdikdə, sərbəst vibrasiya ilə kinetik enerjiyə, daha sonra elektrik enerjisinə çevrilirlər. Bu enerji sayəsində sayma müddəti əvvəlcədən hesablanan çip elektrik enerjisini nizamlayaraq pilləli motora göndərir və fırlanma hərəkəti təmin edilir. Mexanik və avtomatik saatların əqrəbləri səlisdir, hətta onların hərəkəti süpürmə hərəkəti adlanır. Kvars saatlarının əqrəbləri “tik-tak” kimi hərəkət edir. Kvars saatları 7 il ərzində öz xüsusiyyətlərini itirir. Bu da saatlarda gecikməyə və ya dayanmağa səbəb olur.


Aynil

 


OXŞAR XƏBƏRLƏR

Dünyanın ən kiçik belinə sahib olmaq üçün milyonlar xərcləyir

ABŞ-dan olan 33 yaşlı bloqqer Aleira Avendainho tədricən bədəninin parametrlərini dəyişməyə davam edir. Onun beli cəmi 46 sm-ə çatıb. Belə dəyişikliklər qadına ...

Müntəzəm uçuş sövdələşməyə çevrildi: Sərnişinə pul ödənildi

ABŞ-da “Tampa-Nyu-York” reysi ilə uçan sərnişin sadəcə oturacaqların dəyişdirilməsinə razılıq verdiyi üçün pul alıb. Bu vəziyyət insanlar arasında y...

Premiyasız qalan işçilərdən biri qeyri-adi qisas aldı

Bir sosial şəbəkə istifadəçisi, ədalətsizliyə görə mağaza rəhbərliyindən intiqam almaq qərarına gəldiyi barədə heyrətamiz hekayə paylaşıb. Bunun üçün gənc adam ...

Rusiyada “An-24” təyyarəsinin qalıqları tapılıb: Sağ qalan yoxdur

İtmiş “An-24” təyyarəsinin qalıqları Tyndadan 15 kilometr aralıda tapılıb. İlkin məlumata görə, təyyarədə olan 46 nəfərdən heç biri sağ qalmayıb. ...

XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi oldu - FOTO

İyulun 24-də XIV Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub.    “Qafqazinfo” xəbər verir ki, Heydər Əliyev...

Lənkəranın mərkəzində mağaza yanır

Lənkəran şəhərinin mərkəzində yerləşən mağazaların birində yanğın başlayıb.   Sfera.az-ın  məlumatına görə, yanğın hadisəsi şəhərin “DOSA&...