Yaşlanan səsinizi cavanlaşdırmaq mümkün olacaq

Yaşlanan səsinizi cavanlaşdırmaq mümkün olacaq

Tibbi texnologiyalar artıq “qocalmış” səsi müalicə edir.


Sfera.az xəbər verir ki, inkişaf edən tibbin köməyilə bu artıq mümkündür.


Yaş ötdükcə qalınlaşan və kobudlaşan səsi lazer əməliyyatı ilə qısa müddətdə bərpa etmək olacaq. Səs cavanlaşdırma estetikası ilə təhrif olunmuş və ikiləşmiş səslər cavanlaşdırıla bilər.

Açıklama yok.

Duke Universiteti tərəfindən "milyon dollarlıq səs" adlı araşdırma daha qalın səslərə malik kişi CEO-lar daha böyük şirkətləri idarə etməyə, daha çox pul qazanmağa və işlərində daha uzun müddət qalmağa meylli olduğunu sübut edib.


Səs qalınlaşdırma əməliyyatı iş həyatında daha nüfuzlu səsə sahib olmaq istəyən kişi və qadınlara tətbiq edilir. Çox vaxt qadın səsi olan və səsini daha qalın və ya əsl kişiyə xas etmək istəyən kişilərə də bu əməliyyat tətbiq olunur.

Açıklama yok.
Səs incəlmə prosedurlarının xüsusilə qalın səsə sahib qadınlarda təsirli olduğunu bildirən alimlər bu əməliyyata qərar verən qadınlardan eşidilən ən çox şikayətin telefon danışıqlarında kişi ilə səhv salınması və onlara "bəy" deyə müraciət edilməsini səbəb göstərirlər.


Struktur olaraq qalın səs telləri olan qadınlarda səsin bədənə uyğunlaşdırılması, daha incə və daha qadın tonunun əldə edilməsi üçün səs incəlmə əməliyyatları edilir. Bu əməliyyatlarda səsin itirilməsi riski və səsin pisləşməsi ehtimalı yoxdur.

 

Aynil


OXŞAR XƏBƏRLƏR