“Tik-Tok” rəsmiləri ilə görüşdüm, dedilər ki...” – Osman Gündüz

“Tik-Tok” rəsmiləri ilə görüşdüm, dedilər ki...” – Osman Gündüz

“Statistika göstərir ki, Azərbaycanda smartfon istifadəçilərinin böyük əksəriyyəti  VPN üzərində “oturub””.

 

Sfera.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Ekspert qeyd edib ki, Azərbaycanda və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə vəziyyətin xoşagələn olmadığı görülür:

 

“Son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyinə “VPN”lər liderlik edir. Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. “App Store”a diqqət yetirdikdə nisbətən fərqli situasiya görülür, amma burada da “VPN”lər gözə dəyir.  Ermənistan istifadəçilərinin maraq dairəsinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə “VPN”” gündəmdə deyil. Şübhəsiz ki, istifadəçilərimizin “VPN”dən istifadəsinin kökündə “Tik-Tok” dayanır. Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb. Bir müddət öncə “Tik-Tok” rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən, Azərbaycanda 3 milyon “Tik-Tok” istifadəçisinin olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Düşünürəm ki, “Tik-Tok”la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdırlar”.

 

O.Gündüz bildirib ki, həm milli, həm də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir:

 

“Baxmayaraq ki, “Tik-Tok” rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Fikrimcə, uşaqlar və yeniyetmələr üçün “Tik-Tok” məhdudlaşdırılmalıdır.  Pulsuz “VPN”lərə görə  “Tik-Tok” istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Amma ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı. Digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin  qorunması ilə  bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı”.

 

Günay Rəsulqızı


OXŞAR XƏBƏRLƏR

Əsirlikdə və girovluqda saxlanılmış şəxslər ifadə verdilər – Məhkəmə

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirib

İyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüş mart ayında iki ölkə arasında sülh ...

Astarada “Qərbi Azərbaycan İrsi” kitabının təqdimat mərasimi keçirildi - FOTOLAR

Astara Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan icmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi” kitabının təqdimatı olmuşdur.  ...

Boşanmaların sayı azaldı, evliliklər artdı - STATİSTİKA

Cari ilin yanvar-may aylarında 19 min 783 nikah və 8 min 678 boşanma halları qeydə alınıb.   Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən...

Avropa Bakı-İrəvan danışıqlarını İZLƏYİR

Avropa İttifaqı (Aİ) Cənubi Qafqaz regionundakı vəziyyəti diqqətlə izləyir.   Sfera.az xəbər verir ki, bunu Brüsseldə keçirilən brifinqdə Avropa İtti...

AQTA bu şirkətə qoyulan məhdudiyyəti aradan qaldırdı

Ukraynanın istehsalçı şirkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.   Bu barədə Sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA...