Müəmmalı və sirrlərlə dolu hadisə - Nikola Tesla nəyi gizlədirdi?

Müəmmalı və sirrlərlə dolu hadisə - Nikola Tesla nəyi gizlədirdi?

İkinci Dünya Müharibəsinin baş tutacağını əvvəlcədən gözləyən ABŞ hökuməti gəmilərinin düşmənlər tərəfindən fərq edilməməsi üçün radarlarda görünməz olmalarını istəyirdi.


Sfera.az bildirir ki, iddialara görə hökumət bu məsələ ilə bağlı Nikola Tesla və dövrün digər elm adamlarından kömək istədi.


Dünyada ən çox patentə sahib olan Nikola Tesla ABŞ Müdafiə Nazirliyinin də diqqətini çəkmişdi. Ona verilən tapşırığa əsasən hərbi texnikalar radarlardan itirməli idi. Belə çətin işin altından tək çıxmayacağını anlayan Teslaya kömək məqsədilə müasir texnologiyanın banisi olan Con Fon Neyman və Albert Eynşteyn də bu layihəyə qoşuldu. Tesla beynindəkiləri yazıya almağı sevməzdi, yeganə bu təcrübəsi idi ki, Eynşteyn tərəfindən riyazi modelləşdirilmişdi.



Layihəni gerçəkləşdirmək məqsədilə gəmiyə ard-arda bir neçə generator quraşdırıldı. 10 il bu eksperiment üstündə çalışdıqdan sonra nəhayət 22 iyul 1943- ildə bu hadisə Filadelfiyada gerçəkləşdi.Təcrübə zamanı gəmi gözdən itdi və sonra 640 kilometrlik bir uzaqlığda Norfolk limanında ortaya çıxdı.Norfolk limanında olan gəmi bir neçə dəqiqədən sonra yenidən gözdən itdi başladığı yerə geri döndü.



Təcrübə zamanı gəmidə olan bəzi şəxslər yoxa çıxmışdı.Hətta bəziləri ağlını belə itirmişdi. Bu təcrübə içərisində 181 nəfər şəxsi heyət olan 1240 tonluq USS “Eldridge” hərbi gəmisində sınaqdan keçirilmişdi. Hadisənin şahidlərinə görə generatorlar işə salınan zaman gəminin hər tərəfini yaşıl duman almış və gəmi bir anda yoxa çıxmışdı. Başqa bir fərziyyəyə görə 1240 tonluq gəmi 1 saniyə içərisində Atlantik okeandan Hind okeanına keçmişdir. ABŞ Müdafiə Nazirliyinin əməkdaşları bunu görən kimi təcrübəni təcili dayandırmağı tələb etdi, çünki Tesladan istədikləri sadəcə gəmini radarlardan itirmək idi, lakin Tesla nəinki radarlardan bütöv bir gəmini içərisindəki şəxsi heyət ilə birlikdə itirdi.
 

Hadisədən sağ qurtulan hərbçinin dediklərinə görə təcrübə nəticəsində 13 nəfər yanaraq ölmüş, bir çoxu gəmi yenidən peydə olduqdan sonra geri qayıtmamış, çoxusu donmuş və anlaqsız vəziyyətdə idi. Donmuş adamlara toxunduqdan sonra (bəziləri bir neçə saat, gün və aylardan sonra) oyanmış və donduqları zaman açıq kosmosda istədikləri kimi gəzdiklərini, hər şeyi görüb, eşitdiklərini sadəcə reaksiya verə bilmədiklərini demişdi. Ən dəhşətlisi isə bir neçə hərbiçinin gəminin metal gövdəsi ilə bütün bir şəkildə birləşməsi olmuşdu. Bir çox hərbiçi isə ömrünün sonuna kimi dəlixanada qaldığı, tez qocalıb öldükləri bildirilir.
Lakin Filadelfiya təcrübəsinin həqiqətən həyata keçirildiyi ilə bağlı heç bir sənəd yoxdur, bəziləri isə belə bir təcrübənin keçirilmədiyi və uydurulmuş cəfəngiyyat olduğu deyilirdi.


Həmin vaxtlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin idarəsinə poçt vasitəsilə Morrisin “The Case for the UFO” adlı kitabı göndərilmişdi. Kitabda bir sıra qeydlər də var idi. Bu barədə Morrislə əlaqə saxlayan Carlos Allende adlı şəxs qeydləri yazmış müəllifin xəttini tanıyacağını deyir. Nəticədə məlum olur ki, həmin qeydlərin müəllifi Carlos Allende özüdür. Morris tez-tez, təqiblərdən və onu narahat edən qəribə telefon zənglərindən şikayətlənirdi. 20 Aprel 1959-cu il tarixində Morris, öz dostu Mason Valentinlə görüşməli və öz yeni sübutları haqqında onlara danışmalı idi.


Ancaq bu görüş baş tutmadı. Dr.Jessub Morres həmin gün maşında ölü tapıldı.Polisin qeydlərinə görə Dr.Jessub maşınında eqzoz qazı ilə intahar etmişdi və bəhs etdiyi Filadelfiya təcrübəsi ilə bağlı notlar maşında yox idi.Dostları Dr.Jessubun əsla intahar edəcək biri olmadığını qeyd etdilər.Dr.Jessub tam bu təcrübəni çözdüm deyərkən niyə bir anda intahar etmişdi? Yoxsa bu eksperimentin ortaya çıxmasını istəməyən güclər,onu bilərəkmi öldürmüşdü? Bu hadisədən hər hansısa bir nəticə çıxmadı və qeydlərə intahar olaraq keçdi. ABŞ hökuməti Filadelfiya əməliyyatının təcrübəsini və ya belə bir layihə üzərində çalışdıqlarını heç zaman qəbul etmədi. Bu eksperiment ardında buraxdığı sirlər səbəbi ilə tarixin ən maraqlı hadisələri sırasında yerini aldı.

Mövzu 1984-cü ildə “Filadelfiya təcrübəsi” adlı filmin çəkilişindən sonra daha aktual olmağa başlamışdı.

1951-ci ildə təcrübə keçirildiyi deyilən “Eldridge” gəmisi Yunanıstan Hərbi Dəniz Qüvvələrinə təhvil verildi və adı “Leon” olaraq dəyişdirildi. 1992-ci ildə gəmi istifadədən qaldırıldı, 1999-cu ildə isə onu tamamilə hissələrə ayırdılar.

 

Aynil


OXŞAR XƏBƏRLƏR